Kitabın ilk nəşri evdə var idi və oxudum
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq yazıçısı Əli Vəliyevin “Budağın xatirələri” romanı yenidən nəşr olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən iki kitabdan ibarət nəşrin redaktoru yazıçının nəvəsi, tanınmış nasir və dramaturq Afaq Məsuddur. Nəfis tərtibat və yüksək zövqlə hazırlanmış kitab “Elm və Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çapdan çıxıb.