Stefan Zweig - Bilinməyən bir qadının məktubu (Brief Einer Unbekannten) adlı uzun hekayəsini 1920-ci illərin ilk yarısında qələmə alıb.
Bilinməyən Bir Qadının Məktubu'nun qadın qəhrəmanını sadəcə uzun bir məktubun müəllifi olaraq tanıyırıq. Qadının həyatı boyunca sevdiyi kişi üçün qələmə aldığından bu məktubun "göndərən"inin adı yoxdur.
Məktubun başında cəmi tək bir xitab var: "Sənə, məni əsla tanımamış olan sənə". Qadın öz böyük sevgisini hər zaman bir "bilinməyən" olaraq, yəni tək başına yaşamağa razıdır, bu sevgi hekayəsində "tərəflər" yox, sadəcə tək bir "tərəf" var.
Belə bir şeyə gerçək mənada eşq demək mümkündürmü? Zweig oxuyucusunu, bir dəfə daha, insan psixologiyasında tayı az tapılan bir səyahətə dəvət edir.
Bu yeni səyahətin sonunda "mütləq sevgi" söhbətinin indiyə qədər çox gözdən uzaqda qalan yerlərinə çatmağı hədəfləməsi də ayrıca bir həyəcandır!