Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

358 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
İyi Bir Kızın Cinayet Rehberi
İyi Bir Kızın Cinayet Rehberi
son zamanlarda oxuduğum və bəyəndiyim kitablar arasında özünə birinci yeri qazanmışdı. Bu qədər sevəcəyimi düşünmədən başladığım bir kitab idi və hal hazırda serinin 3-cü kitabını oxuyuram. İndi danışdığımız isə
İyi Kız Kötü Son
İyi Kız Kötü Son
seriyanın 2-ci kitabıdır. İkinci kitabda Pipin yaxın doslarından biri (Connor) ondan qardaşını tapmaq üçün kömək istəyir. Jamie (Connorun qardaşı) itkindir, polis bu məsələyə yenə də isti münasibət göstərmir və 24 yaşında bir gənc olduğu üçün evdən uzaqlaşmış ola biləcəyini və qayıdacağını nəzərə alırlar. Bu kitabda bir daha polislərin öz işlərini tam olaraq görmədiklərini hiss edirik.
İyi Bir Kızın Cinayet Rehberi
İyi Bir Kızın Cinayet Rehberi
`də baş verənlərdən sonra isə Pip bu hadisələrə qarışmaq istəmir, lakin daha sonradan polisin heçnə etmədiyini anlayır və araşdırmalarına başlayır. Araşdırma qismi yenə də çox maraqlı idi, şübhələndiyim Jamienin atası idi lakin sonda olan hadisələri, hadisələrin gediş nöqtəsinin dəyişməsini gözləmirdim. Həmçinin bu hadisənin Pipə olan təsirləri də olduqca maraqlıdır. Bir nüansı da qeyd edim ki, hələ də ən sevdiyim
İyi Bir Kızın Cinayet Rehberi
İyi Bir Kızın Cinayet Rehberi
kitabıdır. Çünki birinci kitabda yazar hekayəni daha maraqlı və gerilimli başlatmışdı mənə görə. Pip ilə birgə aydın araşdırmalarda iştirak edirmiş hissi yaşayırdım.
İyi Kız Kötü Son
İyi Kız Kötü Son
kitabında isə həyəcanlı qismlərlə yanaşı, durğun hissələr də var idi. Hətta ilk 30-40 səhifə daha çox birinci kitabda olan günahkarların başına nələrin gəlməsi ilə bağlı idi. Xüsusilə də Max Hastings davası ilə. Ümumilikdə isə həyəcanlı birşeylər oxumaq istəsəniz bu seriyanı tövsiyə edirəm.
İyi Kız Kötü Son
İyi Kız Kötü SonHolly Jackson · Epsilon Yayınevi · 2022840 okunma
·
1 artı 1'leme
·
84 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.