Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

50 syf.
9/10 puan verdi
Kitabı bəyəndim desəm yəqin özünübəyənmiş kimi görünərəm :D mən kiməm ki Hume bəyənməyim. Amma xoşuma gələn işarələdiyim yerlər var, onlardan bəzilərini yazım dursun. Təəccüb və heyranlıq oyadan hər bir təklif, zehnimizdə elə bir toxluq yaradır ki, zehin özünü bu xoş hisslərə təslim edir və bir müddət sonra bu həzzin tamamilə əsassız olduğuna sübut edilə bilməyəcək hala gəlir. Azadlıq, insanın bir hərəkət tərzinin bir digərinə üstünlüyündən ibarət deyil. Azadlıq, insanın üstünlük verdiyi şəkildə hərəkət etməsidir. Təbiətin bütün qüvvə və elementləri tək bir insana xidmət etmək və tabe olmaq üçün əl birliyi etsələr, Günəş onun sifarişilə doğulsa və batsa, dənizlər və çaylar onun arzuladığı kimi axsa, torpaq ona yararlı və ya xoş gələn hər şeyi özıüyündən təmin etsə;ona ən azından özüylə xoşbəxtliyini bölüşəcəyi,hörmət və dostluğundan yararlanacağı tək bir adam verənədək o insan yenə də xoşbəxt olmayacaqdır. Sonsuz məsuliyyətləri,hiss etməli olduğumuz həqiqətləri heç bir şey anlatmaz, çünki bu böyük və önəmli həqiqəti başqa heç bir vasitənin ortaya çıxarmayacağını bilirik. Tanrı istəsə belə intihar edə bilməz, o intihar ki, həyatın bütün ağrıları içində Tanrının insana bəxş etdiyi ən böyül lütfdür. Həyatdan təqaüdə çıxmış bir insan, cəmiyyətə zərər verə bilməz. O sadəcə yaxşı əməl etməyi buraxar.
İntihar və Ruhun Ölümsüzlüyü
İntihar və Ruhun ÖlümsüzlüyüDavid Hume · Kosmo · 069 okunma
·
8 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.