Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

+ İstəyirsən, sənə gül alım? Elə-belə. – Olar. + Hansından olsun? – Nə bilim, ən qəşənglərindən! + Gülün də qəşəngi olar heç? – Əlbəttə olar.. Bir onlara bax..?! + Baxıram – Nə görürsən? + Bir sürü ölü! – Ölü?? + Hə – Eh... Sən nə biləsən axı! Caz klubu səni təmiz əldən salıb! Bədbin olub getmisən! + Buna bax ha! Gör kim deyir! Bir də ki, mən bədbin deyiləm, sadəcə anlamıram! – Nəyi? + Niyə gözəlliyi məhv edib sonra bundan zövq aldığınızı. – Çünki gözəllik ağrıdan gəlir. + Deməli ağrıdan həzz alırsan? – Bilmirəm, bəlkə də. Əslində çox vaxt hə. Bir də ki, sən buna bu qədər qarşısansa gül almağı niyə təklif edirsən? + Bilmirəm. Sözdür də dedim – Qəribə adamsan..! + Bu yaxşıdır? - o, əli ilə bəyaz zambaqları göstərdi – Çox gözəldir. + Saxla, bir də sənin əlində baxım – Başa düşmədim, nəyə baxırsan? + Ağrının gözəlliyinə!
·
146 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.