Gönderi

Elə şeylər var ki, onları heç kəslə paylaşmaq olmur. Sinəndə haradasa ilişib qalır... Nə çölə çıxarmaq olur, nə də içəridə saxlamaq. Durmadan sinəni qazmağa davam edir. Ağrıya-acıya dözməyə məhkumsan sanki. Gecə yatanda belə əzablar orda öz işini görməyə davam edir. Səhərə yaxın qəlbinin göynəməsinə oyanırsan. Qışqırmaq İstəyirsən. Dəli kimi qışqırmaq... Bir dağın başına qalxıb məsələn... Qışqırmaq istəyirsən. Var gücunlə... Boğazın paralanana, nəfəsin kəsilənə qədər... Qoy əks-səda versin göylərdə, dağlarda, səmalarda... Heç olmasa onlar sənin halına yansın...
·
51 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.