Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

643 syf.
9/10 puan verdi
·
21 günde okudu
Bitirərkən dünyasından çıxa bilmədiyim bir kitab daha...
Gözəlliyə məftunluq... Zərif hisslərin dərinliyi və bunun verdiyi dözülməz ruhi iztirablar... Qadın füsunkarlığının aliləşdirilməsi... Şöhrət xülyası... Və daha nələr...nələr... "Dahi" Drayzerdən oxuduğum ikinci kitab oldu və olduqca sevdim. Yucin Vitla obrazını unuda bilməyəcəyim mütləqdir. Onun məhəbbət, evlilik, azadlıq haqqındakı fikirləri əsl incəsənət insanının bu kimi hisslərə necə dərin məna verdiyini bizə aydın şəkildə göstərmiş olur. Kitabda oxuyarkən hiss edilərək düşünüləsi çox önəmli mövzular vardır. Məhəbbət barəsində bir-birini əvəz edən ziddiyyətli hisslər, gerçək dünya ilə incəsənət aləmi arasında olan antaqonist vəziyyət, düşüncələrində doğru addımın nə olduğunu bildiyin halda, hisslərinin ağlının çağırışına səs verməməsi və s. Yaşadıqlarına və yaşatdıqlarına görə Yucini əsla günahlandırmıram. O, sadəcə ictimai şərtiliyin zəncirlərindən yaxa qurtararaq ruhuna azadlıq verməyə çalışan bir rəssam idi... Əsərdən alıntılar: * "İncəsənət gözəl şeydir və mən istedadlı rəssam olduğumu fərz etməyə hazıram. Lakin, istedadım mənə pis istinadgah oldu, mən ancaq onu atandan sonra yaxşı yaşamağın nə demək olduğunu bildim. Kədərlidir, lakin faktdır". (Yucin; səh: 445) * "Mən hamının yaşadığı kimi yaşamaq istəmirəm". (Yucin; səh: 494) * "Sizə qarşı məhəbbət mənə ehtiyatsız cəsarət təlqin etdi, məni bütün dünyaya meydan oxumağa vadar etdi. Siz gözəl olduğunuz üçün, mənim bu zamana qədər gördüklərim içərisində ən kamil məxluq olduğunuz üçün mən özümü məhəbbət mehrabına qurban verdim". (Yucin; səh: 584) * "Bəs nə mövcuddur?" -- Yucin özündən soruşur və öz-özünə cavab verirdi: "Gözəllik! Çünki həyat nə qədər dəhşətli olsa da, yenə gözəldir". (Səh: 606)
Dahi
DahiTheodore Dreiser · Teas Press Nəşriyyatı · 2019170 okunma
·
60 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.