Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Vitamin insanlar
Öz üzərində işləyən biri üçün insanların "mənfi xüsusiyyətləri" sanki vitamindir.Məsələn dinləmə qabiliyyəti zəif olan biri ancaq çoxdanışan( və ya ona maraqsız gələn danışıq) insanla ünsiyyətdə olub, dinləmə qabiliyyətini artıra bilər.Hər zəif cəhətimizə əks olan xüsusiyyətlər ətrafda mütləq var.Sadəcə biz insanlara həmin baxış bucağı ilə yanaşmırıq.Bu şəkildə yanaşma insanlara qarşı aqressiyanın əvəzinə minnətdarlıq duyğusu gətirər.Yoxsa cəmiyyətdən təcrid olmaq həll üsulu deyil. Təkcə məişətdə deyil, ünsiyyətdə də komfort axtarırıq.Nəsə əldə etmək üçün komfortdan kənara çıxmaq mütləqdir. Belə bir məsəl var:Yumurtanın qabığı daxildən və xaricdən sına bilər.Amma önəmli olan yumurtanın qabığının daxildən sınmağıdır. Daha fərqli görmək və duymaq istəyiriksə tezliyimizi(frekansı) dəyişməliyik.
·
246 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.