Gönderi

·
Puan vermedi
Çox uzağa getməyək, cəmi 1 əsr öncə yaşamış, yazıb-yaratmış ədiblər öz həyatlarını hər hansı təhlükədən, dövlətdən və hakimiyyət orqanlarında çalışanlardan, radikal dindarlardan, bir sözlə, yazdıqlarını anlamayan və ya anlayıb da özlərinə və mövqelərinə sərf etməyən məqamlar aşkar edən kəsimdən qorumaq üçün müxtəlif ləqəblərdən istifadə edir, çox zaman uzaq ölkələrdən misallar gətirirdilər. Sovet dövründə bu, daha kəskin şəkil aldı, şairlər dövlət senzurasından "üzüağ" çıxmaq üçün öz müstəqillik ideyalarını əsasən Afrika zəncilərinin mübarizəsinə, və ya Sovet hakimiyyətinin milli dəyərlərə, dilə, dinə qarşı sayğısızlığına etirazlarını tarixdə baş vermiş hadisələrə müraciət etməklə büruzə verirdilər. Nəysə, burada bir qədər haşiyəyə çıxdıq, indi isə əsas məsələyə qayıdaq. Məqsədimiz insanlığı və ədaləti sorğulamaq deyil. Ümumən sorğulamaq əla xüsusiyyətdir. Amma eyni zamanda da primitiv quruluşa malikdir. Problem göstərilirsə, onun həlli yolları da bununla paralel olaraq düşünülməlidir.. Hardasa hər birimizin bildiyi, amma ifadə etməyə cəsarət etmədiyi bir həqiqəti oxumuşdum. Deyir, biz yalnız öz müsbət keyfiyyətlərimizi yüksək qiymətləndirməyə meylliyik və fövqəladə ikiüzlülük nümayiş etdiririk. Başqalarını hamıdan yüksək səslə ittiham edənlərdən ehtiyatlanmalısınız: çox güman ki, əxlaq prokurorunun özü natəmiz adamdır, amma öz qüsurlarını təbii ki, diqqətə layiq görmür. Biz ədalətsizliyə, amansızlığa qarşı etiraz etməyə alışmışıq. Amma paradoksal görünsə də, daxilimizdə bunlara qibtə edirik. Bu da yəqin ki, bizim qəribə təbiətimizlə əlaqəlidir... Makiavellizm barədə danışmışdıq. Amma ötəri. Yalnız makiavellist hüquq sistemi barədə söz açmışdıq. Makivelli nə deyirdi? Hökmdar əxlaq və əxlaq normalarını rəhbər tutmaq məcburiyyətində deyil, güc prinsipi, zərurət yarandıqda saxtakarlıq və xəyanət güclü bir dövlət yaratmaqda əsasdır. Makiavelli insan təbiəti barədə aşağı fikirdə idi. Ona görə dövlət və güc strukturu daha əsasdır. Vəzifə səlahiyyətləri xalqdan üstündür, zərurət yaranarsa, mövcud quruluşun təhlükəsizliyi naminə xalqı əzmək olar.
Prens
PrensNiccolo Machiavelli · Remzi Kitabevi · 201914,9bin okunma
·
52 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.