Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

344 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Qulliverin Səyahəti əsəri daha çox uşaqlar üçün olan bir kitab kimi düşünülsə də düşünürəm ki hansı yaş dövründə olmasından asılı olmayaraq hər kəsin sıxılmadan oxuyub bəyənə biləcəyi bir kitabdır. Müəllif kitabda satirik - fantastik tərzdə mütləqiyyəti, saray çəkişmələrini, feodal özbaşınalığını, dağıdıcı müharibələri qətiyyətlə pisləmişdir. Qulliverin gəmi ilə müxtəlif ölkələrə səyahəti həmin ölkələrdə başına gələn əhvalatlar, ölkə sakinləri ilə söhbətləri sizə çox maraqlı gələcək və fikirlərinizə təsir edib dünya görüşünüzü zənginləşdirəcək. Əsərdən başa düşdüyüm qədəri ilə yazıçını daha çox düşündürən müxtəlif fikirlər olmuşdur məsələn insanların nəyə görə azğınlaşıb bir - birinə qarşı pisliklər etməsi, müharibələr edib qan tökülməsi, hakimiyyətə layiq olmayan adamların vəzifədə hakimiyyətdə olması, mütləqiyyətin aşağı təbəqələri əzməsi və sairə bütün bunlar kitabda satirik tərzdə tənqid olunur. Satirik fəlsəfi bir roman - son dərəcə dərin mənalı ciddi bir əsər olan Qulliverin səyahətini oxuduğunuz zaman sıxılmayacaqsız daha çox sizi əyləndirib, düşündürəcək. Xoş mütaliələr.
Qulliverin Səyahəti
Qulliverin SəyahətiJonathan Swift · Bakı, Öndər Nəşriyyatı · 20047,2bin okunma
·
283 görüntüleme
İsmayıl Məmmədov okurunun profil resmi
Çox incə nöqtələrə nağıl sayağı bir üslubla toxunub. Bir macəra romanından əlavə, bir çox sosial hadisə və quruluşu analiz edib.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.