Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

23.04
Keçənlərdə yaxın dostumla söhbət edirdik(telefonda) Və həmişəki kimi, bir nöqtədən sonra bu söhbət mənim monologuma döndü(onunla bütün söhbətlərimiz belə bitir) Münasibətlərdən açıldı mövzu; Deyirəm ki, bilirsən də o qədim yunan əfsanəsini; Zevs’in yaratdığı insanlar əvvəl tək ruha sahib, 4 əlli, 4 ayaqlı, 1 başda 2 üzü olan, kürəkləri bir-birinə yapışıq olan bədənlər şəklində yaradılıb, sonra yenə Zevs onları cəzalandırmaq üçün(hansı günahın cəzası olduğu önəmli deyil) qılıncıyla onların həm ruhlarını, həm də bədənlərini ikiyə bölüb və hərəsini dünyanın bir başına sürgün eləyib:) Elə həmin vaxtdan da insanoğlu bütün ömrü boyu öz yarı-sını (yarını) axtarıb durub. Biz insanların fitrətində var; axtarmaq. Həyatımız boyu nəsə axtarırıq. Axtarmağın verdiyi narahatlıq bizim “normalımız” olub. Bu yarısını axtarmaq mövzusunda da, dünyada çox az insan var ki, öz ruh əkizini tapa bilir. Bəs bilirsən tapanda neynəyir? Ondan qaçır. Niyə qaçır? Çünki, tamamlanır. Çünki, o hiss ona yaddır, o rahatlıq hissi. Axı o tamamlanmışlıq hissi ilə, biz öz ali məqsədimizi itiririk-axtarmağı… Amma bundan daha pisi var, öz “yarımçıqlığımızı” tamamlamaq üçün, özümüzü kiməsə yapışdırmağa, ya da kimisə öz həyatımıza uyğunlaşdırmağa çalışmaq. O bir parçası çatışmayan puzzle kimi, bizdəki boşluğa uyğun gəlməsə də o adam, özümüzü aldadaraq, qarşımızdakı insanın “artıq” olan hissələrini “yonaraq” o puzzle-ın çatışmayan hissəsinə uyğunlaşdırırıq:) Nəysə, yasəmənlər mənim ən sevdiyim çiçəkdi və bu söhbətin fotoya heç bir dəxli yoxdu:) Dedim ki, biləsiniz #başıboşsöhbətlər
·
1 artı 1'leme
·
219 görüntüleme
Murad Akifsoy okurunun profil resmi
Şəhərin hər yerində Yasəmən görürəm. Ancaq insanlar çox da maraqlı deyil təəssüflər olsun ki. Axtarışın ilk addımı özünü tapmaqdır. Sonrasında kimi axtardığını konkretləşdirirsən. Birincini də ikincini də tapanlar çox şanslıdır. Həsrət isə qovuşmanın bir mərhələsidir mənə görə.
Samir okurunun profil resmi
Çox qarışıq bir məsələdir.Bezen yerinə oturmayan puzzleri bəzəndə tərsini sevirik..Ona görə insan anlaşılmaz bir varlıqdır yada ki, özünə həddən artıq məna yükləyən bir heyvan bilmək olmur))
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.