Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Qəm qəfəsi-Məni candan usandırdı
Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan. Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı? Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı? Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su, Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? Degildim mən sənə mail, sən etdin əqlimi zail, Mənə tən eyləyən qafil səni görcək utanmazmı? Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır, Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
Fuzuli
Fuzuli
·
2 artı 1'leme
·
84 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.