Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

İnsanda özü haqqında təsəvvürlərin formalaşması, onun özünü idarə etməsi, özünün hərəkət və əməllərini başa düşməsi, özünü və həyatda öz yerini qiymətləndirməsi bunların hamısı onun başqa adamlara münasibətilə bilavasitə bağlıdır. İnsan ancaq ünsiyyət prosesində özünə başqa adamların gözü ilə baxmağı, özünü başqa adamın yerində təsəvvür etməyi, onların davranış və rəftarını təhlil etməyi, onlarla birlikdə sevinməyi və kədərlənməyi öyrənir. Bu o deməkdir ki, ünsiyyət prosesində başqa adamın sevinci və kədəri onun öz sevinci və kədərinə, başqa sözlə, sərvətinə çevrilir. İnsan başqa adamların həm soaial təcrübəsinə həm də psixoloji təcrübəsinə yiyələnir, mənəvi cəhətdən zənginləşir, onun inkişafı üçün yeni şərait yaranır. Beləliklə də ünsiyyət prosesində şəxsiyyət emosional cəhətdən inkişaf edir. O, hisslər mədəniyyətinə yiyələnir, onda özünə hörmət, ləyaqət, qürur hissi formalaşır, sosial təcrübəsi və psixoloji təcrübəsi genişlənib zənginləşdikcə tələbat-motivasiya sahəsi yeni məzmun kəsb edir.
·
35 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.