Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

170 syf.
6/10 puan verdi
Dostoyevski öz xatirələ­rində qeyd edir ki, 1864-cü ildə bir alman Pasajda pulla timsah nümayiş etdirirmiş, bunu eşidən yazıçı, Qoqolun “Burun” povesti ruhunda satirik-fantastik bir əsər yazmaq fikrinə düşür. Hekayədə yer alan ironiya liberal əhval-ruhiyyədə olan siyasi dairələrə ünvanlanır – müxtəlif jurnalların səhifələrində Dostoyevskinin onlarla ciddi polemikalar apardığı məlumdur. Hekayədə məmur İvan Matveyevi timsah udur. Ətrafdakıların təəccüblənməsinə baxmayaraq, Matveyev nəinki sağ qalır, hətta düşdüyü vəziyyətdən məmnun olur. Bu halı ilə başqalarının diqqətini çəkdiyini görən məmur timsahın qarnında özüyçün maraqlı gələcək ideyalarını qurur... Hekayənin sonunda Dostoyevskinin incə xatırlatması ilə palto (шинел) sözünü işlətməsi diqqətimdən yayınmadı, böyük müəllimi Qoqola işarə edib. Xoş mütaliələr :)
Timsah - Gülünç Bir Adamın Düşü - Uysal Bir Ruh
Timsah - Gülünç Bir Adamın Düşü - Uysal Bir RuhFyodor Dostoyevski · Sosyal Yayınları · 2002426 okunma
·
26 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.