Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

176 syf.
10/10 puan verdi
·
Beğendi
·
39 günde okudu
Anton Çexovu gündəlik həyatın mənasız görünən şeylərinin dərininə enərək, yüksək səviyyədə dramatik əsərlər yaratması ilə təsvir edirlər. Çexov rus realist teatrının ən qabaqcıl təmsilçilərindən biridir. Həqiqətən də elədir! İlk dəfə idi ki, onun hekayələrini oxuyurdum. Və hər hekayəsində həyatın gündəlik yaşantılarından və əslində qloballaşmayan, amma qlobal səviyyəli problemlərini göz qabağına ən sadə və anlaşıla bilinən səviyyədə əks etdirərək, təsvir etməsinə heyran qaldım. Bəzi məqamlarda subnaminal mesajlar verərək, əslində var olan inancları və sorğulanmadan qəbul edilən məsələləri bir daha nəzərdən keçirməyə və həyata qarşı daha real olmağa, realist baxmağa və insana verilən şansı maksimum dərəcədə düzgün yaşamağa çağırarmışcasına düzmüşdü sətirləri. Hekayələrin ardıcıllığı və verdiyi mesajların düzgün sıralanmasına da heyran qaldım. Sevdiyim və sevərək oxuduğum kitablar arasında öz yerini tapdı!
Seçme Hikayeler
Seçme HikayelerAnton Çehov · Antik Kitap · 20123,189 okunma
·
32 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.