Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

250 syf.
7/10 puan verdi
Bir fantastika insanı olaraq fəlsəfə oxumağa cəhd etmirdim. Çünki ən nifrət etdiyim şeylərdən biri hər hansı bir kitabı yarıda buraxmaqdır. Amma indi bu riski almağıma sevinirəm. Nitşenin də dediyi kimi- "Bu kitab ən azlarındır." Kitabda Nitşenin xristianlıqla bağlı görüşləri öz əksini tapır. Buradakı "görüş" sözünü "dərin nifrət"lə əvəz etsək də yanılmarıq. O, xristianlığı bir bəla, xəstəlik adlandırır, Roma imperiyasının süqutunun səbəbini bu din ilə əlaqələndirir, bütün rahiblərə isə nifrət edirdi. Onların hamısını "yalançı", "kələkbaz"adlandırırdı. Kitabından olan hissələrə diqqət yetirsək bu daha aydın anlaşılar; Maddə 1- Təbiətə hər cür zidlik günahdır. Ən günahkar insan rahibdir: o, təbiətə zidliyi öyrədər. Rahibə göstərilməli olan səbəblər deyil, dəlixanadır. Yaxud da; Maddə 3- Xristianlığın ilan yumurtalarını basdırdığı yerlər lənətlənməli, yerlə bir edilməli və yer üzünün rüsvayçılıq yerləri olaraq gələcəyin qorxulu ibrət yerləri olsun deyə qorunmalıdır. Buralarda zəhərli ilanlar yetişdirilməlidir. Bu kimi maddələr çoxdur, bunları bilmək üçün kitabı oxumalısınız. Fəlsəfə ilə maraqlanırsınızsa, oxumalı olduğunuz kitablardandır məncə. Olduqca maraqlı və düşündürücü məsələlərə toxunulur əsərdə. Xoş mütaliələr)
Dəccal
DəccalFriedrich Nietzsche · Hədəf Nəşrləri · 04,057 okunma
·
64 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.