Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

512 syf.
10/10 puan verdi
Jojo Moes - Parisdə balayı, Ardında bıraktığın kadın Əslində, 4 ilə yaxındır ki, Jojo Moyesin kitabları məndədir. Ancaq heç cür əlim getmirdi onları oxumağa. Son 1 neçə ildir ki, elmi, bioqrafik kitablara daha çox üstünlük verdiyimdən bu əsərləri oxuya bilmirdim. Bu il üzərimdəki yorğunluğu atmaq üçün sadə, axıcı, roman tərzi kitablarla başlayım dedim mütaliə marafonuna və nə yaxşı bu qərarı verdim. Çünki çox uzun zamandır bu gözəl əsərlərdən məhrum qaldığımın fərqinə vardım... Film dadında, maraqlı, axıcı bir əsər idi. Hətta filminin çəkilməməsinə çox təəssüfləndim... Oxuyarkən bütün əksər səhnələr gözümdə canlandı, film izləyirəmmiş kimi təəssürat yaşatdı mənə... Müharibə, sənət, sevgi, sevdiklərini itirmə, onların xatirələrinə bağlılıq və həyata davam etmə, çətinliklərlə mübarizə və qalibiyyət! Bütün gözəl və hüzünlü duyğuları yaşatdı mənə bu əsər. Yaxşı böyümüşəm və duyğusallığımı bir az cilalamışam, yoxsa göz yaşlarım sel olardı və təsirindən uzun zaman çıxa bilməyəcəyim bir əsər olardı mənimçün... "Parisdə balayı"la başladım, "Ardında bıraktığın kadın"la davam etdim, "Səndən öncə ben" əsəriylə irəliləyirəm... "Parisdə balayı" və onun davamı və qəhrəmanların həyatının əsas hissəsini bizə çatdıran əsər -"Ardında bıraktığın kadın"... İki fərqli zaman, iki fərqli həyat... Yaşadıqları zamanlar fərqli də olsa, taleləri bir - birinə bənzər olan iki fərqli qadın... Sophi I Dünya Müharibəsi illərində yaşayıb, rəssam Esuard ilə ailə qurub, bir birlərini çoxx sevirlər... Müharibə onları bir - birindən ayrı salır. Sophi almanların işğalına məruz qalmış, .... qəsəbəsində böyük bacısı Helen ilə yaşamağa başlayır ... Müharibənin qəddar, acımasız üzü, bütün dövrlərdə və bütün insanlığa xas olan önyarğılar, mühakimələr və qəddarlıqlar, müharibə, yaşam mübarizəsi... Eduardın həyat yoldaşı üçün çəkdiyi rəsm əsəri... Bu əsər alman zabit tərəfindən bəyənilir, bir şəkildə əl qoyulur... Olivia bizim müasirimizdir... Memar həyat yoldaşı ilə xoşbəxt yaşayarkən sevən bir qadının yaşaya biləcəyi ən ağır ayırılığı yaşayır... Olivianın digər mübarizəsi Shopinin portretinin onun evində olduğu ortaya çıxanda başlayır.. Hadisələr necə davam edir, Shopi və Livin həyatının ortaq məqamları, ağrıları nədir, portretin sirli hekayəsi və Livin əlinə necə keçməsi, onun sonrakı taleyi, Shopinin yaşadıqları və bir çox maraqlı və təsirli məqamları öyrənmək istəyirsizsə, əsəri siz də oxuyun... Ən azı mənum qədər sevəcəyinizə inanıram...
Ardında Bıraktığın Kadın
Ardında Bıraktığın KadınJojo Moyes · Pegasus Yayınları · 20141,976 okunma
·
23 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.