Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

636 syf.
8/10 puan verdi
"Crime and punishment"
İlk Dostoyevski təcrübəm oldu. İlk başda sıxıcı gəldi (lap ilk başda), amma oxuduqda peşman oldum. Kaş daha əvvəl oxusaydım, bu əsəri bu qədər gec oxuduğum üçün çox təəssüf edirəm. Kitabda məni ən çox maraqlandıran yazıçının üslubu oldu. Hadisələri elə gözəl şərh edir və əlaqələndirir ki, anidən biri ortaya çıxanda onu əsas hekayə ilə elə bağlayır ki, heyran qalırsınız. Axıcı kitabdır, lakin oxunması çətindir. Zidd oldu bu fikir, bilirəm, amma oxuyanda başa düşəcəksiniz. Hələ də təsirindəyəm. Əsərdə Raskolnikovun necə bir xarakterə malik olduğunu, açığı, indi də dərk edə bilməmişəm, mənə görə mürəkkəb bir obrazdır. Hislərini, daxili dünyasını, cinayət səbəbini anlamaq üçün olduqca səy göstərmək lazımdır. Amma hələ də işlədiyi cinayət mənim gözümdə bəraət qazanmayıb. Əsərdə diqqətimi çəkən obrazlar Porfiri Petroviç və Sonya oldu. Porfirinin çox hiyləgər, eyni zamanda, çox ləyaqətli bir adam olduğunu düşünürəm. Sonya isə... O qızın taleyi və daxili dünyası - ona hörmət edirəm, qəlbən sevdiyim və mənə olduqca təsir edən (taleyi və rəftarı) ilk obraz deyə bilərəm onun üçün. Tövsiyə edirəm, amma ağırdır dərk etməsi. Xoş mütaliələr)
Cinayət və Cəza
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013160,4bin okunma
·
233 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.