Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

96 syf.
9/10 puan verdi
"Xa! Xa! Xa!"
Azərbaycan ədəbiyyatının görkəmli yazıçılarından olan Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri cəhalətlə mübarizənin əks olunduğu möhtəşəm bir əsərdir. Əsərdə kefli İsgəndərlə, milləti "ölüdiriltmə" adı altında ələ salıb hər gün 9 yaşına çatmış bir qız alan Şeyx Nəsrullah üz-üzə durur. Avam kənd camaatı Şeyxə bir peyğəmbər kimi baxdığı vaxtda, İsgəndər onları ələ salır, millətin halına gülür, onlara acıyır. Ölüdiriltmə mərasimi olanda isə kimin diriləcəyi üstündə razılıq əldə olunmur... Səbəbini bilmək üçün əsəri oxumaq lazımdır. Əsər maraqlı və axıcıdır. Həm də təlqin etdiyi fikirlər ibrətamizdir. Tövsiyə edirəm. Xoş mütaliələr)
Ölülər
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 0762 okunma
·
101 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.