Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

328 syf.
10/10 puan verdi
·
7 günde okudu
Kürşat Başar «Yaz» Burada yaz 3 mənada işlədilir: birincisi, “yaz” fəsli, burada yaz sevgisini ifadə eləyir, ikinci mənası, “yazı”, yəni alın yazısı mənasındadır, bir digər məna isə, “yazmaq” feli ilə əlaqədardır ki, bu, əsərin qəhrəmanın arzusunu ifadə eləyir. Bədii üslub, saflıq, hadisələrə qərəzsiz yanaşma və ən önəmlisi duyğu anlamında oxuyanlara gözəl hisslər yaşadacaq bir əsərdir Əsərdə Kipr türklərinin başına gətirilən fəlakətlərə toxunulur, bu hadisələr qərəzsiz şəkildə göstərilir. Lakin əsərin mənimçün əsas doğmalığı məhz bundadır ki, əsər kitab sevgisini qələmə alır sətir – sətir, kitablarda yaşayan bir adamın hekayəsini danışır bizə. Bu anlamda əsərin qəhrəmanı Muradla aramda çox bənzərliklər var, mən də kitabları ən az onun qədər sevirəm. Murad həyatının hafizəsində saxlaya bildiyi ilk dövrlərindən başlayaraq, bütün dövrlərini, duyğularını qataraq bizlərə danışır. Dünyaya gəldiyi zaman anasını itirən, ana sevgisindən məhrum böyüyən Murad bütün mehrini atasına və nənəsinə salır. Lakin acı tale atasını da onun əlindən alır. Bir gün səhər hər zamanki ingilis qorumaların müşaiyətilə işə gedən atası və bir avtobus dolu digər qonşu işçilər müəmmalı şəkildə yoxa çıxırlar. Bu ağrını uzun zaman unutmaq, atasının yoxluğunu qəbul eləmək çox çətin olur onunçün və ömrü gözü yolda atasını gözləməklə keçir. Yalnız çox uzun illər sonra atasının başına gələnləri öyrənir. Nənəsi ilə İstanbula əmisinin yanına gələn Murad artıq burda yaşamağa başlayır. İstanbul, əmisinin kitablarla dolu evi Muradın həyatında, düşüncələrinin formalaşmasında çox böyük rol oynayır. Kitablar onu insanlardan ayırır, uzaqlaşdırır, cəmiyyətə yadlaşdırır, ancaq çox az insanın anlayacağı qədər gözəl bir dünyada, sehirli bir sığınacaqda, çirkinliklərdən uzaq yaşamasına da səbəb olur. Əmisinin vaxtsız ölümü onu sarsıdır və ona miras kimi qoyduğu kitabları daima qoruyacağına dair özünə söz verir. Murad artıq qərarını verib, o, yazıçı olacaq. Onun yeganə dostu kitablarıdı, ta ki, Əməli tanıyana qədər. Əməl onun həyatına qəfildən girən, özü kimi qəribə xüsusiyyətli gənc qızdır. İlk andan aralarında çox dərin, sözlərlə ifadəsi qeyri mümkün olan bir oyun başlayır – sevgi oyunu. Nə qəribədir ki, bu oyun bütün həyatını öz əlinə keçirib Muradın, bütünlüklə öz təsiri altına alıb onu. Əsər çox saf, dərin və fərqli bir sevgi hekayəsini qələmə almaqdan çox kitabları, kitab sevgisini ön plana çəkir. Bu baxımdan bütün kitabsevərlərin əsəridir deyə bilərəm.
Yaz
YazKürşat Başar · Everest Yayınları · 20141,617 okunma
·
13 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.