Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

488 syf.
10/10 puan verdi
Hər dəfə Remarkdan hansısa bir əsəri oxuyub bitirdikdən sonra uzunca bir müddət düşünürəm. Remark məni cavab verə bilməyəcəyim suallar qarşısında qoyur, düşündürür!!! Əlim başqa bir kitaba getmir... O qədər "niyə"lər baş qaldırır ki, beynimdə, o qədər "bəlkə"lər, o qədər fikirlər uçuşur ki, düşüncələrimdə həqiqətən dəhşətli bir yorğunluq hiss eliyirəm, həm fiziki, həm mənəvi!!! Düşünməkdən yoruluram, beynimdə uçuşan suallara cavab axtarmaqdan yoruluram... "Niyə"lər, "bəlkə"lər, "kaş ki"lər o qədər çoxalır qurduğum cümlələrdə, bundan yoruluram... Üç yoldaş!!! Son zamanlar oxuduğum ən saf, ən insanca yazılmış əsərlərdən biridi, məncə, bu əsər. Dostluq, sevgi, həyatla ölüm arasında mübarizə, yenə müharibə, yenə onun dəhşətləri, yenə bu məhfumun insanların şüurunda açdığı dəhşətli və ən pisi sağalmaz yaralar və hər şeyə rəğmən yenə insan qala bilmək, yenə heyata bir yerdən tutunmaq, yenə sevmək!!! Əsərdə altını xətlədiyim o qədər gözəl fikirlər vardı ki?!. Əslində oxuduğum zaman o qədər hisslər keçirmişəm ki, onları ifadə eləməkdə çox çətinlik çəkirəm!!! Məncə, Remarkın bir yazıçı olaraq fərqi budur!!! İnsana insan olduğunu xatırladır və hər şeyə rəğmən insan qalmalı olduğunu!!!
Üç Yoldaş
Üç YoldaşErich Maria Remarque · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2017225 okunma
·
437 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.