Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

480 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Debbie Macomber kitabları ən çox oxumağı istədiyim kitablardır. Macomber kitablarının sevgi,ümid dolu olduğunu bilirdim. Amma oxuduqca bilməklə qalmayıb bunu hiss etdim və sevdim. Hamımızın həyatımızdan bir parçanı daşıyan 4 qadın və onların həyatları. Bir birilərinə həm həyat tərzləri ilə həm də xasiyyətlərinə görə zidd olan 4 qadın. Kitab Lydia Hoffmanın həyatı ilə başlayır. 30 yaşına qədər 2 dəfə xərçəng xəstəliyinə yaxalanıb . Amma uzun və yorucu müalicələrdən sonra bu xəstəliklə başa çıxa bilmişdi . Bu yolda onun ən böyük dəstəkçisi atası idi. Jacqueline Donovan kitabın əvvəlində qıcıq olduğum bir obraz idi. Amma heç də yad bir obraz deyildi. Bəlkə də buna görə onu sevməmişdim. Reese, həyat yoldaşi ile münasibətləri heç de yaxşı olmayan bir ailəsi var. Və bir evin içərisində iki yad insan kimi yaşayırlar. Carol Girard isə illərdir uşaq həsrəti çəkən biridir. Amma onun içində həmişə bir ümid var. Alix Townsend isə iyirmili yaşlarının başında olan bir gəncdir. Ailə keçmişi isə heç də ürək açan deyil və 16 yaşından öz ayaqları üstə qalmağa çalışan biridir. Bu 4 fərqli həyatları olan qadınlar Lydia'nin açdığı mağazada toxuculuq kursunda bir araya gəlirlər . Və beləcə həyatlarını dəyişən hadisələr baş verir. Kitabda hamımızın həyatından , ailə üzvlərimizin həyatlarından, tanışlarımızın həyatlarından bir parça var. Və həqiqətən də heç vaxt "Heç vaxt" demək olmaz. Həyatın sənin qarşına nələri ,kimləri çıxaracağını heç təxmin belə etmək olmur. Həmçinin həmin bu hadisələrin həyatımızı necə dəyişəcəyini də . Və bəzən insan çox istəyib ,uğruna mübarizə apardığı bir şeydən vazkeçdikdə onu əldə edir. "Bir yumak mutluluk" dükanında baş verən möcüzələri bilmək üçün mütləq kitabı oxumaq lazımdı. Xoş mütaliələr!(◍•ᴗ•◍)
Küçük Mucizeler Dükkanı
Küçük Mucizeler DükkanıDebbie Macomber · Martı Yayınları · 201814,3bin okunma
·
17 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.