Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
8/10 puan verdi
·
Beğendi
Kitab mənə hədiyyə olunmuşdu. Məktublar şəklində yazılmış Höte'nin məşhur romanını çox sevdim, çox bəyəndim. Verter'in məktublarında təsvir etdiyi təbiətin gözəlliklərini, keçirdiyi xoşbəxtlik hisslərini, eyni zamanda çəkdiyi iztirabları, kədər hissini, bir sözlə bütün duyğuları oxuduqca yaşamış oldum. Qarşılıqsız sevgi bu dünyada insanı ən çətin iztirablara sürükləyəcək yeganə hisslərdəndir. Maraqlısı budur ki, kitabın əvvəllərində Verter sevən bir gənc haqqında belə demişdi; "Cavan oğlan! Sevmək insana xas olan bir şeydir, lakin insan kimi sevmək lazımdır! Öz vaxtınızdan səmərəli istifadə etməyi öyrənin: müəyyən saatlarınızı işə, asudə saatlarınızı isə sevdiyiniz qıza sərf edin." Ancaq sevgi hissi məhz Verter'in özünü ölüm dərəcəsinə kimi sürükləyib apardı..
Gənc Verterin İztirabları
Gənc Verterin İztirablarıJohann Wolfgang Von Goethe · Qanun Nəşriyyatı · 0121,1bin okunma
·
16 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.