Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

349 syf.
8/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Yazarın oxuduğum 3-cü kitabıdır. Yazarın qələmi çox axıcıdır.Bəzi yerlərdə rus sözlərinin istifadəsi var idi, bunu çox sevməsəm də mövzuya görə bunun nisbətən vacib olduğunu başa düşmək olur. Dramatik xətti ilə məni sonadək maraqda saxlamağı bacaran bir əsər idi. Romanın mövzusu insanı çox dərinlərə aparır, müasir dövrdə insanların həyatı, düşüncələri, yaşadıqları tam realistcəsinə ifadə olunub. Roman sevgi, xəyanət, insanın həyatda öz rolunu tapa bilməməsi, müasir dövrdə olan real çətinliklər haqqında, xoşbəxtlik axtarışı kimi mövzuları əhatə edir. Sonu isə yarımçıq bitmiş kimi gəldi mənə, adətən, daha aydın nəticələrlə bitməsini, bəzi şeylərin obrazlar tərəfindən də üstünün açılmasını istəyərdim. Əsərdə iki dostun - Həmid və Gündüzün həyatındaki, eniş və çıxışlardan bəhs edir. Gündüz, insanların təkidlərinə baxmayaraq ənənəviliyini qoruyan bir rəssam, Həmid isə böyük çətinliklərə baxmayaraq özünə, ailəsinə gözəl həyat şəraiti qurmuş, uğurlu bir iş adamı. Kitabın çox hissəsində Gündüz obrazına seçimlərinə, hərəkətlərinə görə əsəbləşirdim, doğrusu.
Sənə İnanıram
Sənə İnanıramVaris · Qanun Nəşriyyatı · 2010360 okunma
·
164 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.