Gönderi

144 syf.
9/10 puan verdi
·
Beğendi
·
15 saatte okudu
Fevral ayının ilk kitabı "7/24 elmihal" dır. Həm ayın ilk kitabı, həm də bir günə bitən kitabı oldu. Kitab 139 səhifəlik kiçik, dini ensiklopediyadır. Mündəricat qismi o qədər dolu-doludur ki, bir gündə bitirib kənara qoymaqla oxunmuş sayılmaz. Zaman-zaman açıb-açıb məlumatlanacağınız, bildiklərinizi belə təsdiqlədəcəyiniz bir növdəndir kitab. Mən nə qədər Qurandan surə-ayələrlə sübut etsəm ki, məzhəblər yoxdur,yenə də əksəriyyət kimi kitabın içindəkiləri də hazırlayanlar məzhəblərə inanmışlar. Üstəlik, Hənəfi məzhəbinə görə hazırlandığını qeyd etmişlər. ️ Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. (Ənam surəsi, 159) Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! (Ali-İmran surəsi, 103) Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. (Ali-İmran surəsi, 105) ️ Kitab İslamın nə olduğundan başlayıb imanın əsaslarını, digər dini kitabları, mələkləri, Peyğəmbərləri, axirəti, ibadətləri, dəstəmazı, azanı, namazın növlərini, dini bayramları, zəkatı, ziyarətləri, duanı, cadu və falı, hicabı, qul haqqını və s. izah edir. Kitabın içində ayələrlə və lüğətlə də geniş izahlar mövcuddur. Lüğət olması çox asanlaşdırırdı mətnlərdəki ərəbcə sözləri. Ayələrin isə verdikləri məlumatları bir nömrəli yerdən - Qur'an-i Kərimdən təsdiqlədərək içimizə bir su səpir, rahatladırdı.
7/24 İlm-i Hal
7/24 İlm-i HalKolektif · Edam Yayınları · 201230 okunma
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.