Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

363 syf.
8/10 puan verdi
Təsəvvür edinki bütün yazıçıları toplamısınız bir yerə və onlara belə bir sual ünvanlayırsız, sizi digər yazıçılardan fərqli edən nədir ? fikrimcə bu suala dərhal adekvat cavab tapa biləcək ilk yazıçılardan biri Saramagodur. Saramago ədəbiyyat dünyası üçün başdan sona yenilikçi bir yazıçıdır . Çünki Saramago əsərlərində yalnızca yeni hekayələr qurğulamır, hər birimizin bildiyi gerçəklərin digər üzünü də göstərir .Yəni , ayın qaranlıq üzü kimidir Saramago tərzi – aya baxarkən görmədiyimiz tərəfin qaranlıqdan ibarət olduğunu zənn etsək də , halbuki gördüyümüz yanından bir fərqi yoxdur əslində.Bu duyğularımız və digərlərinə qarşı hisslərimiz,düşüncələrimiz üçün də keçərlidir . Bir insanın bilmədiyimiz bir yönünün qaranlıq tərəfinin cazibəsi bizi həmişə özünə cəzb edər . Saramago isə deyirki sənin bir şeyi hər zaman düşünmüş olman və arzusunda olmağın o şeyin gerçək olduğu mənasına gəlmir , sən nə düşünsəndə haqqında yanıldığın olduğu kimi qalır . Kitab adından göründüyü kimi Hz. İsanın həyatından yola çıxaraq qələmə alınıb . Amma İsa nə qədər seçilmiş şəxs olmuş olsa belə bəşərövladı kimi təmsil olunur , çox fərqli bir İsa var qarşımızda . Hər birimizin haqqında çok kiçik məlumatlarla da olsa bildiyimiz bir hekayənin bilinmədik qurğusunu oxuyarkən , adı keçən küçələrdə , məhəllələrin divarlarında Saramago imzasını da görürük . Bəzi bölümlərdə bu olmasaydı daha yaxşı olardı dediyim hissələr oldu təbikii – yəni elə belə deyil , kitab Portuqaliyada qadağan olunaraq yazıçının ölkəsini tərk etməsi , Vatikan və katolik kilsənin düşmənçiliyinin qazanılması ilə nəticələnmiş bir kitabdır. Çünki Saramago deyirki hətta göstərir ki , insanın taleyi ilahi xətt üzrə davam etsə belə , şeytan və insanın özünün öz taleyi üzərində sözü və hökmü var. Okay ,bununla razı ola bilərəm – amma bəzəyib düzəyib gülüş yaradacaq ilahi məsələlərə yer verilməsini bəyənmədim. Hətta bir çox fikir dini mətnlərlə üst üstə gələ bilməyəcək , qarşı fikirlərdir. İstər inancımız olsun , istər olmasın kiminsə kiminsə dininə , inancına qarışmağa , gülüş obyektinə çevirməyə haqqı yoxdur , bu istisnasız hərkəs üçün keçərlidir . Quranda Kafirun surəsində deyildiyi kimi , “ sizin dininiz sizə , mənim dinim mənə” .. Müasir cəmiyyət biri birinin fikirlərinə hörmətlə yanaşan , xüsusilə vicdan azadlığını qəbul edərək buna uyğun davranan və dinini dinamik şəkildə yaşayan mədəni stereotipləri olan fərdlərdən ibarətdir. Bunun əksi mədəni xaosdur və eskatolojik inancımız nə olursa olsun bugünümüz insanlarla ünsiyyətdən , uyğunlaşmaqdan böyük dərəcədə asılıdır.Bugünkü gün bu virus məsələsində belə evdə oturmaqdan sıxılırıqsa , kimlərsə üçün darıxırıqsa bu bizim uyğunlaşdığımız şəraiti gözlər önünə sərir. İsadan danışarkən onun “Məsih “ xarakterinə də toxunmaq istəyirəm. Məsih inancı təktanrılı dinlərin demək olarki hər birində o və ya bu dərəcə var , sadəcə “planlar “ biraz fərqlidir. Ümumiyyətlə Məsih- xristian dininə yəhudilikdən keçmiş bir anlayışdır. Aralarında təbikii fərqliliklər var ; məsələn yəhudi messianizminə görə , gələcək olan xilaskar , yəni Məsih yeni biridir , amma kim olursa olsun gələcək. Xristian inancına görə isə , Hz.İsa əslində çarmıxa çəkilməyib və sonlara yaxın ikinci dəfə yer üzünə göndəriləcək. Yəni gələcək olan şəxsdə dəyişiklik yoxdur – o yenə İsadır.Bu arada buna verilən ad – Ricat`dır. Yəni bir insanın öldükdən sonra yenidən yer üzünə dönməsi. Məsih yer üzünə dönərkən bolluq, bərəkət, rifah, ədalət,sülh hər biri bərqərar olacaq – bərqərar olması üçün bunların hər biri ilk öncə itirilməlidir təbikii, bu da dünyanın daha da uçuruma sürüklənəcəyi , insanlığın getdikcə daha da vəhşiləşəcəyini , pis olacağını göstərir. Yaxşı günümüzdə onsuz yadımıza düşməzdi belə şeylər , Məsih inancı pis günlərimizin inancıdır. Necəki bugünkü 2020 fəlakət senariləri çərçivəsində “ Messiah” serialı dillərdən düşmür. İsadan danışarkən ilk ağla gələn fikirlərdən biri də “ sonuncu şam yeməyidir “.Xristian inancında İsanın 12 həvvarisi ilə birlikdə yediyi sonuncu şam yeməyi “ Efkaristiya”(Missa) ayini ilə anılmaqdadır. Bu ayin Məsih roluna qədər İsanı yer üzündə anmaq məqsədilə keçirilir . Sonuncu şam yeməyi zamanı İsa həvvarilərinə çörək və şərab paylayır.Yedikləri çörəyi özünün bədəni , içdikləri şərabı isə qanı olaraq təqdim edir ki, ayində də məhz buna bənzər şəkildə çörək və şərabdan istifadə edilir – filmlərdə və ya digər materiallarda qarşınıza çıxıb çox güman bu səhnə. Sonuncu Şam yeməyi deyərkən ağla ilk öncə Da Vinci gəlir , amma Da Vincidən əvvəllər də bu səhnə rəsm edilmişdi ( Duccio ; Andrea Del Castagno; Dieric Bouts ) . Əlbəttəki verdiyi mesajlar etibarilə ən güclüsü Da Vinciyə məxsusdur , bu haqda youtube da onlarla fərqli videolar var -izləmənizi tövsiyə edirəm.
İsa'ya Göre İncil
İsa'ya Göre İncilJosé Saramago · Kırmızı Kedi Yayınevi · 20182,406 okunma
·
34 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.