Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

53 syf.
10/10 puan verdi
·
Beğendi
·
32 saatte okudu
SPOİLƏR VAR
Frans Kafkaya ən çox şöhrət qazandırmış əsəri bildiyimiz kimi "Çevrilmə" olmuşdur. Oxucularının sayının çox olması məndə bu kitaba bötük həvəs yaratdı. Həqiqətəndə əsər oxumağa, bu qədər diqqət görməyə layiq bir əsərdi. Burada bütün hadisələr baş qəhramanımız Qreqorun ətrafında cərəyan edir. Qreqorun başına görülməmiş bədbəxt bir hadisə gəlir . O , həşarata çevrilir. Valideynləri Qreqorun bu hala düşməsinə görə çox kədərlənirlər. Həm yeganə oğulları gözlərinin önündə həşarata çevrilir, həm də Qreqor ailəni dolandırırdı. İndi onun bu hala düşməsi onların maddi durumunu çox aşağa salıb. Buna görə də Ana, Ata və bacı- Qreta işləməyə başlayır. Əvvəllər Qreqora çox diqqət göstərirdilər amma zamanla bu diqqət çox azalır. Hər kəsin başı bir işə qarışdığından ona o qədər də qayğı göstərmirlər. Əsər bu axarla davam edir. Təəssüf ki, sonu faciə ilə bitir , yəni Qreqor ölür. Məncə,dəhşətli olan onun ölümü deyildi. Dəhşətli olan bu idi ki, ailə bu ölümə sevinir. Sadəcə çox az keçici olaraq kədərlənirlər. Düşünürsüz bir zamanlar çox sevdikləri insan indi ölür və onun ölümünə sevinirlər. Qreqor heç bir şey etmir. Elə heç bir şey etmədiyi üçündə zamanla unudulur(bir həşaratdan nə edilməsi gözlənilər ki). Əsəri oxuyub bitirdikdən sonra Frans Kafkanın həyat və yaradıcılığı ilə daha da yaxından maraqlandım(məncə sizdə maraqlanmamısınızsa mütləq araşdırın bu haqda).Mən belə düşünürəm ki, bu əsərdəki baş qəhraman olan Qreqor mənəvi cəhətdən Farnsa Kafkaya çox bənzəyir. Ən böyük bənzərlik hər ikisin həyatında tənhalığın başlıca rol oynaması. Biri tənha olmağı çox sevirdi(Kafka), biri isə məcburən tənhalığa məhkum idi(Qreqor). Əsəri çox ama çox bəyəndim. Burada işlənən cümlələr dərin mənalıdır. İncələməmi əsərin ən sevdiyim cümləsi ilə bitirmək istəyirəm:"Herkes beraberinde taşıdığı bir parmaklığın ardında yaşıyor."
Dönüşüm
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022224bin okunma
·
40 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.