Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

376 syf.
7/10 puan verdi
·
15 günde okudu
Əsərə başlayarkən gözləntim yüksək idi. Bəyəndiyim fəsillər, altından xətt çəkdiyim sətrlər olsa da, ümumi olaraq gözləntilərimi yaxşı qarşılamadı. Gərəksiz, lazımsız detallar və məlumatlarla çox yüklənib kitab. Elə buna görə də, müəllifin ən geniş həcmli kitabına çevrilib. Kitabda ən çox müzakirə olunan mövzulardan biri də sənətkar-dinləyici mövzusudur. Düzü, fərqli bir fikirə rast gəlmədim, lakin bu mövzunu bizim cəmiyyətimizin perspektivindən baxmaq fərqli hisslər yaşadırdı. Eyden obrazı ilə Qaraqan, öz yaradıcılığını və yaradıcılığına olan güclü marağı təsvir edərkən Azərbaycan cəmiyyətinə musiqi və yaradıcılıq cəhətdən nəyin lazım olduğunu, insanların sənətkardan əslində nə istədiklərini öz təcrübələrinə əsaslanaraq izah etmişdir. Bəyənmədiyim cəhət ondan ibarətdir ki, kitabda pornoqrafik hadisələrin təsvirinə çox yer verilib. Adam ən incə detalına qədər cinsi əlaqəni təsvir edirdi. Həmin hadisələr və lazımsız detallar əsərdən çıxarılsaydı, 150-200 səhifəlik severək oxuyacağım bir roman olaraq qalardı. Çoxları əsərin sonunu yarımçıq hesab edir, amma, məncə, elə deyil. Qurtarması lazım olan yerdə bitdi. Onsuz kitab həmin məqama qədər ötürmək istədiyi ideyaları oxucuya ötürmüşdü. Biraz da uzun olsaydı, yenə lazımsız detallarla daha da həcmlənəcəkdi
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019654 okunma
·
209 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.