Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

464 syf.
10/10 puan verdi
·
10 günde okudu
Yürek burkucu...hem acı, hem tatlı :)
Romanda iki fərqli xarakter ön planda olaraq anlatılmış. Biri Angela (Angie), digəri isə Lauren. Angie həmişə öz istəkləri üzərinə tam düşünülməmiş qərarlar verən bir qadındır. Ailəsində isə sadəcə ölmüş atası tərəfindən çox sevilərdi. Bacıları və anası isə ona evlənib karyera qurması üçün onları tərk etdiyinə görə Angie’ya qarşı içlərində soyuq davranırlar. Angie həyatda ən çox istədiyi şeyə sahib olmur - uşaq - buna görə də həyat yoldaşından ayrılır. Ailəsinin yaşadığı qəsəbəyə gəlir. Yaşadığı acıları unutması üçün atasının zamanında sahib olduqları restoranla məşğul olmağa başlayır. Lauren isə 17 yaşlı bir qız. Burs qazanıb oxuması üçün çox çalışır. Həm oxuyur, həm işləyir. İşləyir ki ev kirasını ödəyə bilsin, işləyir ki sərxoş anasının qeydinə qala bilsin. Romanda bu iki xarakterin bir araya gəlmə səbəbini isə çox sevdim. Həyatımıza girən insanlar bir səbəblə girər ama bu romanda bu səbəbin fərqli yönünü də görmüş oldum : bəlkə də o səbəbi yaradan bizim istəklərimizdir. Və həmin insanlar da sevdiyi şeyləri edəcəklər bizim həyatımıza daxil olaraq və onların sevdikləri uğruna etdikləri şey isə bizim vəsilə olmamızdır.
Sevgi Uğruna Yaptıklarımız
Sevgi Uğruna YaptıklarımızKristin Hannah · Pegasus Yayınları · 20121,270 okunma
·
121 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.