Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

192 syf.
8/10 puan verdi
·
8 günde okudu
"Tatar çölü"ndən sonra Buzzatidən uzun illər idi ki, heç bir əsər oxumamışdım. Bu səbəbdən də əsəri böyük maraqla başladım oxumağa. Əslində, roman oxuyacağımı zənn edərkən hekayələr çıxdı qarşıma. Mənasıyla, yazıçının cəmiyyətdə gördüyü qüsurlara özünəməxsus üslubla tənqidi yanaşmasıyla, içindəki ironiya, sətraltı anlamlarıyla hər biri mükəmməl hekayələrdi. Oxuduqca maraq doğuran, gözlənilməz sonluqlarla bitən, düşündürən, bəzən güldürən, heyrətləndirən, təəssüfləndirən, sevindirən, ağladan hekayələr oxuyacağınıza əmin ola bilərsiniz. Buzzati usta qələmiylə yenə sehrlədi məni. Hekayələrinin hər biri gözəl idi. "Büyücü", "Büyülü ceket", "Yanlışlıkla ölen adam", "Kara balık" (bir az "Tatar çölü"nü andırır məzmun olaraq) "Yumurta" və "Tanrı görmüş köpek" hekayələri xüsusilə anlamlıydı. Hələ hələ "Tanrı görmüş köpek" möhtəşəm hekayə idi deyə bilərəm. Buzattini yenidən kəşf etmiş olmaqsa, ayrıca bir zövq oldu.. Oxumağa dəyər!
Tanrı'yı Gören Köpek
Tanrı'yı Gören KöpekDino Buzzati · Can Yayınları · 20161,522 okunma
·
143 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.