Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

350 syf.
10/10 puan verdi
Xərçəng Tropiki
"İçindəki bircə dəyərli səhifənin xətrinə bir kitabı axtarmağın gərəkli olduğuna bu gün həmişəkindən daha çox inanıram: parçaları, tilişkələri, ayaq dırnaqlarını axtarmalıyıq; içində cövhər olan, bədəni və ruhu canlandıra biləcək hər şeyin izinə düşməliyik." -deyərək başlayıram. Lütfən, amma lütfən tabu'larını qırmayan insanlar oxumasın. Gözəlim kitabın qədrini bilməyəcəksiniz yoxsa. Sanıram kitab hər kəs üçün deyil. Yeraltı ədəbiyyatının ən gözəl nümunəsidir və bu tip mövzular məni heç rahatsız etmədiyi üçün rahatlıqla oxudum. Gerçəklərə dayanan mövzuları sevdiyim üçün daha cəlbedici gəldi mənə. Və bəzi hissələrdə yazar o qədər mükəmməl idi ki. Məncə bunları görməzdən gələ bilməzdim. Bir çox insan həyatın çirkinliyini etiraf etməz, edə bilməz. Və bunu kimsə bacarmışsa ona da qınaq dolu gözlərlə yanaşar. Mən yazarın açıqsözlülüyünü sevdim. Sıradan həyat öyküsünün maraqlı axını ilə getdim. "Zaman-zaman partlayan, bizi yaralayan və içimizi dağlayan, bizdən iniltilər, göz yaşları və qarğışlar qoparan səhifələr oxuyuruqsa, bilin ki, bu səhifələr arxası divara dirənmiş, yeganə müdafiəsi sözlər olan bir insan tərəfindən yazılıb" cümlələrinə haqq verir və yazıçını savunuram. Yetərincə açıqlığa hazır olmayanlara önərmirəm. Xoş mütaliələr.
Yengeç Dönencesi
Yengeç DönencesiHenry Miller · Siren Yayınları · 2019825 okunma
··
616 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.