Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

761 syf.
10/10 puan verdi
·
Beğendi
·
26 günde okudu
M.S.Ordubadi yaradıcılığının nümunəsi- "Qılınc və Qələm" bir sözlə möhtəşəm!. Tarixi roman olmasına baxmayaraq, əxlaqi, elmi, bədii cəhətlər də üstünlük təşkil edir.Əsərdə pərəstiş etdiyim Azərbaycan ədəbiyyatının görkəmli şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından geniş bəhs olunur. Eldənizlər xanədanı dövründə dostu Fəxrəddinlə birgə Azərbaycan üçün göstərdiyi xidmətləri, Gəncə hakimi Əmir Inanc tərəfindən sürgün edilən Məshəti xanımı sürgündən qurtararaq Gəncəyə gətirmələri,Gəncə hakiminin qızı Qətibənin sevgisini rədd edərək öz sevgisinin arxasında durması və sevdiyi qız olan Rənayla evlənməsi, dövrün tələblərinə görə hökmdarlar tərəfindən vəd edilən saray həyatını, verilən xələtləri qəbul etməməsi,heç bir halda şəxsiyyətindən ödün verməyərək hökmdarların hüzurunda olan çıxışları, və s. kimi fəaliyyətləri ilə Ilyas yenidən könlümdə taxt qurdu❤. Kasıb olmağının səbəbini soruşan həyat yoldaşı Rənaya verdiyi cavabında -"Əzizim Rəna, məişətcə yoxsul olmaq, vicdanca yoxsul olmaqdan daha yaxşıdır". Bir daha heyran qaldım. Əsərdə ən sevdiyim obrazlardan biri də, qəhrəman Fəxrəddin oldu. Onun qəhrəmanlığı- qorxmazlığı, cəsarəti, Sevgilisi Dilşadı axtarmaq üçün Bağdad saraylarına getməsi, Bağdadda kəniz olaraq, satılan vətən qızlarını Dilşadla birgə vətənə gətirməsi, düşmənə qarşı əsl qəhrəman kimi göstərdiyi igidliklər ilə səciyyələnir. Əsərdə mənfi obrazlar da geniş yer verilmişdir. Ilk növbədə, Gəncə hakiminin qızı fitnəkar Qətibə, onun yalançı vədlərinə inanaraq, bütün alçaq əməllərinə alət olan əsgər Hüsaməddin, cariyə Səba qeyd olunur. Şair tərəfindən sevgisi rədd edilən Qətibə Atabəy Məhəmməd Cahan Pəhləvana evlənir, atasının qanunsuz işlərinə tab gətirməyən xalq Gəncə hakimini üsyan nəticəsində edam etdirir. Qətibə atasının intiqamı adı altında sınmış qürurunun intiqamının alınması üçün Atabəy Məhəmməddən Nizami və Fəxrəddinin edam olunmasını tələb edir. Atabəy isə etirazını bildirərək, Əmir Inancın edam olunmasına haqq qazandırır. Və bir müddət keçdikdən sonra Qətibəylə qurduğu izdivacdan peşmanlıq duyur. Çünki bu izdivac Qətibənin fitnələri sayəsində Eldəniz Xanədanının sonuna gətirib çıxardı.
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005196 okunma
·
49 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.