Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Qılınc Ve Qelem

Məmməd Səid Ordubadi

Yorumlar ve İncelemeler

Tümünü Gör
761 syf.
8/10 puan verdi
·
7 günde okudu
Qılınc və Qələm
Həcmi böyük olan əsərlərə qarşı qorxu olur çox vaxt, oxumağa çəkinir, cəsarət etmirik uzun zaman. Ya sona qədər oxumağa səbrim çatmazsa, ya yarımçıq qoyaramsa... Özüm üçün deyirəm, ən nifrət etdiyim şeylərdən biridir kitabı yarımçıq oxumaq. Bu günə qədər cəmi bircə əsəri yarım qoymuşam, tamamlamağı da düşünmürəm, bunun da müəyyən səbəbləri var.
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005194 okunma
Reklam
761 syf.
8/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Kitab 12-13-cü əsrlər Azərbaycanından bəhs edir. Əsərin girişində Azərbaycan xalqı ağır bir müharibədən sonra qəbələni qeyd edir. Lakin müharibənin ağır təsirləri, müharibədə itirdikləri yaxınları xalqı sevinməyə qoymur. Qələbə qazanan tərəf Azərbaycan olsa da, yenə də zərər çəkən Azərbaycan xalqı olur. Kitabın davamında isə Azərbaycan şairləri, hökmdar və xalq arasındakı münasibətlər təsvir olunur. Bunu 2021ci ildə Böyük Vətən müharibəsindən sonra oxumaq insana çox maraqlı təsir bağışlayır, sanki 1946cı ildə yazılmayıb, 12ci əsrdən də bəhs etmir.
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005194 okunma
761 syf.
8/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
Tariximizi bilək...
Spoil ola bilər... Bu əsəri mənə tövsiyə etdiklərində tarixi əsərdir ağır olar falan deyə yükləsəm belə oxumadım. Avqust ayında bəlkədə artıq vaxtıdır deyə oxumağa qərar verdim çünki 1 il idi ki, gecikdirirdim.Və əsəri oxuduqdan sonra düşündüm ki,tarixçi üçün o qədərdə ağır bir əsər deyilmiş...Yəni olmamalı imiş... :)) Əsərdə Atabəylər dövlətinin
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005194 okunma
761 syf.
10/10 puan verdi
·
17 günde okudu
Qılınc və Qələm/ Nizami və Fəxrəddin
Məmməd Səid Ordubadi
Məmməd Səid Ordubadi
yaradıcılığının ən mükəmməl və tarixiliyi ilə diqqət çəkən romanlarından başlıcası sayıla bilər. İstər Atabəylər dövrünün, şahlarını , vəliəhdlərini ,mələkələrini, istərsə də dahi Azərbaycan şairi Nizaminin onun timsalında əsərdə yer alan Xaqani Şirvani, Məhsəti Gəncəvi, Əbu Üla Gəncəvi kimi sənətkarlara tarixi aspektə toxunulub. Əmir
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005194 okunma
Reklam
761 syf.
10/10 puan verdi
·
Beğendi
Nizami Gəncəvi, Məhsəti Gəncəvi, həyatlarından detallar... Azərbaycanın Atabəylər dövründə tarixi.. Gəncənin tarixi. Hakimiyyət üstündə olan hərc-mərclik.. saray həyatı.. saray yaltaqları.. Fəxrəddin kimi qılınc, Nizami kimi söz cəngavəri..
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005194 okunma
761 syf.
10/10 puan verdi
·
Beğendi
·
26 günde okudu
M.S.Ordubadi yaradıcılığının nümunəsi- "Qılınc və Qələm" bir sözlə möhtəşəm!. Tarixi roman olmasına baxmayaraq, əxlaqi, elmi, bədii cəhətlər də üstünlük təşkil edir.Əsərdə pərəstiş etdiyim Azərbaycan ədəbiyyatının görkəmli şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından geniş bəhs olunur. Eldənizlər xanədanı dövründə dostu Fəxrəddinlə
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005194 okunma
624 syf.
8/10 puan verdi
·
10 günde okudu
Ordubadinin oxuduğum ilk əsəri, özünün isə yazdığı sonuncu tarixi romandır. Qılınc və qələm simvolik olaraq sərkərdənin timsalında Fəxrəddinin (Qılınc) və şair Nizami Gəncəvinin (Qələm) yaşadığı mühitdə birgə mübarizələrindən bəhs edir. Qılıncsız qələmin, qələmsiz qılıncın bacara bilmədiyini, gücün hər ikisinin birgə mübarizəsində mövcud olmasını
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Hədəf Nəşrləri · 2021194 okunma
723 syf.
10/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Qılınc və Qələm tarixi mövzu haqqında yazılmış kitablardan biridir. Bu kitabda Eldənizlər dövlətinin tarixindən bəhs edir. Eldəniz 1136-1225-ci illərdə mövcud olmuşdur. Əsasını qoyan Şəmsəddin Eldəniz olmuşdur. Ancaq bu kitabda Şəmsəddin Eldənizin dövrü haqqında danışılmır. Onun oğlu və ondan sonra hakimiyyətə keçən Məhəmməd Cahan Pəhləvanın dövrünün son dövrlərindən başlayır. Məhəmməd Cahan Pəhləvan Eldənizlər dövlətinin ən güclü hökmdarlarından biri olmuşdur. Ancaq onun ömründə etdiyi bir səhv Eldənizlər dövlətinin sonuna səbəb olur. Kitab Məhəmməd Cahan Pəhləvandan başlayır Eldənizlərin süqutuna qədər. Cahan Pəhləvandan sonra qardşaşı Qızıl Arslan, sonra oğlu Əbu Bəkr, sonra isə digər oğlu Özbək hakimiyyətdə olmuşdur. Kitabda təkcə hökmdarlardan yox əsas 2 obraz Nizami Gəncəvi və Fəxrəddin haqqında da danışılır. Kitabın adı da bu iki obraz haqqındadır. Qələm Nizami Gəncəvi, Qılınc isə Fəxrəddin nəzərdə tutulur. Nizami Gəncəvi 1141-1209-cu illərdə yaşamışdır. Eldəniz hökmdarları ilə yaxın olmuşdur. Ancaq Fəxrəddin real obraz deyil. Kitabda təkcə Eldənizlər yox, Şirvanşahlar, Xarəzm, Bağdad xilafəti yəni Abbasilərin də adı çəkilir. Kitabda sadəcə tarixi səhvlər var. Bəzi hissələr tarix ilə uyğun deyil. Amma kitab böyük olsa belə, həm mövzu cəhətinə görə, həm də yazım tərzinə görə çox maraqlı və axıcıdı. Hər kəsə tövsiyə edirəm.
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Hədəf Nəşrləri Kitabevim · 2017194 okunma
Reklam
563 syf.
10/10 puan verdi
·
Beğendi
·
33 günde okudu
Savaşda qalib elan olunur, Qalib:QILINC VƏ QƏLƏM
Hər daim qılınc və qələm savaşmaqdadır.Qılınc-müharibələri,savaşı təmsil edirsə, Qələm- diplomatiyanı,ədəbiyyatı, düşüncəni xarakterizə edir. Əsərin belə adlandırılması da təsadüfi deyildir. Fəxrəddin- savaş ruhlu gəncdir.O qılıncın ifadəçisidirsə, Nizami- düşüncənin rəmzi olaraq qələmi təmsil edir. Bəs kim qalib gələr? Qılıncmı,qələmmi? Əsərdə
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Qanun Nəşriyyatı · 2013194 okunma
624 syf.
·
Puan vermedi
·
Beğendi
·
18 günde okudu
Boş verin məncə...
Səba "xanım" da olmasa oxumalı bir yanı qalmayacaq. Bağdaddan- Gəncəyə bütün Səlçuk dövlətin barmağında oynadan bir xarakter düşünün, bütün xarakterlər ondan çəkinir... Qısacası yay serialı kimi bir şey...
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Hədəf Nəşrləri · 2021194 okunma
723 syf.
10/10 puan verdi
·
Beğendi
"Qılınc və Qələm"
Kitab iki cərayəyanda gedən döyüşdən bəhs edir : Elm və Hərb. Bir tərəfə Nizami Gəncəvi, Məhsəti Gəncəvi və digər ziyalı şəxslər elmlə döyüşüb haqsızlıqlara mübarizə apararkən, digər tərəfdə Fəxrəddin və onun silahdaşları silahla mübarizə aparırdı. Kitab Azərbaycanın tarixən ən böyük ərazisinə sahib olan Atabəylər dövlətinin dövründən yazılmış, bu dövrün ziyalıları xüsusiylə görkəmli Şair Nizami Gəncəvi haqqında da kitabda geniş məlumatlar verilmişdir. Oxumağı məsləhət görürəm. The book deals with two current battles: Science and War. On the one hand, Nizami Ganjavi, Mahsati Ganjavi and other intellectuals were fighting ignorance and injustice, while on the other hand, Fakhraddin and his comrades-in-arms were fighting with weapons. The book was written during the period of the Atabeylar state, which has the largest territory in the history of Azerbaijan, and the intellectuals of this period, especially the famous poet Nizami Ganjavi, are given extensive information in the book. I recommend reading. Kitap iki güncel savaşı ele alıyor: Bilim ve Savaş. Bir yandan Nizami Gencavi, Mahsati Gencavi ve diğer aydınlar cehalet ve adaletsizlikle savaşırken, diğer yandan Fahreddin ve silah arkadaşları silahlarla savaşıyordu. Kitap, Azerbaycan tarihinin en büyük topraklarına sahip olan Atabeylar devleti döneminde yazılmıştır ve bu dönemin aydınlarına, özellikle de ünlü şair Nizami Gencevi, kitapta geniş bilgiler verilmektedir. Okumanızı tavsiye ederim.
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Hədəf Nəşrləri Kitabevim · 2017194 okunma
616 syf.
10/10 puan verdi
·
22 günde okudu
Oxuyun, oxutdurun! Əgər bu başlığı yazmışamsa deməli kitabı çox bəyənmişəm deməkdir.Uzun amma bir o qədər də axıcı olan “Qılınc və qələm” əsəri ilə qarşınızdayam.Əsəri oxuyanda heç düzü nə haqqında olduğu ilə maraqlanmamışdım. Kitabda olan hadisələr Atabəylər nəslinin Azərbaycan torpaqlarında hakimiyyətdə olduğu dövrdə keçir. Kitabın əvvəlində İlyas adlı şairi sonrakı səhifələrdə Nizami deyə səsləməyə başladıqlarını görəndən sonra kitabın adında olan “qələm” sözünün mənasını başa düşdüm. Qələm məhşur şair Nizami Gəncəvi idi. Bəli Nizami Gəncəvi Atabəylər dövlətinin dövründə yazıb-yaratmış,əsərlərinin bir çoxunu Atabəy hökmdarlarına ithaf etmişdir. Qılınc isə Fəxrəddin adlı sərkərdədir. Nizami real obraz olsa da, Fəxrəddin xəyali obrazdır. Fəxrəddinin qılıncı nə qədər kəskin olsa da, o hər zaman Nizami ilə məsləhətləşir onun qələminin gücündən dəstək alır. Kitabda o dövrdə xalqın düşüncəsi, hökmdarların hakimiyyət mübarizəsi, ailə bağları,qadınlara, şeirə, incəsənətə olan münasibətə hər bir detallığı ilə elə toxunulub ki bir anlıq 1136-1225 ci illərə səyahət edib qayıdırsan sanki. Əsərdəki hadisələr öz aktuallığını hələ də qoruyur. Tarixlər dəyişə, hökmdarlar əvəzlənə bilər. Amma xalq və milli şüur heç zaman dəyişmir. Və sonda “Qələm”nə qədər kəskin olarsa, “Qılınc”a ehtiyacda bir o qədər az olar…
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Qanun Nəşriyyatı · 2013194 okunma
761 syf.
10/10 puan verdi
Roman tarixi janrda yazılmışdır.Yazardan oxuduğum ilk kitab idi amma həddən artıq bəyəndim.Roman iki hissədən ibarətdir. Tarixi roman deyəndə mənim üçün axan sular durur.Sən nə gözəl kitab idin bele. Mövzusu Roman Atabəylər dövlətinin hökmdarları və yazarları ətrafında baş verən hadisələrdən bəhs edir.Atabəylər dövlətinin qüdrətili hökmdarı
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Hədəf Nəşrləri Kitabevim · 2017194 okunma
·
Puan vermedi
Təhlil.
M.S.Ordubadi yaradıcılığının nümunəsi- "Qılınc və Qələm" bir sözlə möhtəşəm!. Tarixi roman olmasına baxmayaraq, əxlaqi, elmi, bədii cəhətlər də üstünlük təşkil edir.Əsərdə pərəstiş etdiyim Azərbaycan ədəbiyyatının görkəmli şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından geniş bəhs olunur. Eldənizlər xanədanı dövründə dostu Fəxrəddinlə
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Hədəf Nəşrləri Kitabevim · 2017194 okunma
616 syf.
9/10 puan verdi
·
30 günde okudu
"Qılınc və Qələm"əsərində müəllif Azərbaycanın dahi şairi və mütəffəkkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş və hər tərəfli mənzərəsini yaratmışdır. Roman xalqın fiziki və mənəvi qüvvəsinin rəmzinə uyğun olaraq "Qılınc və Qələm" adlandırılmışdır. Əsərdə məşhur xalq qəhrəmanı Fəxrəddini(qılınc), dahi şair Nizami Gəncəvini(qələm) kimi təsvir edərək Azərbaycan xalqının çox cəsur və qiymətli söz deyə biləcək insanlar yetişdirə biləcəyinə işarə edir. Əsərdə əlavə olaraq Məhsəti Gəncəvi, Azərbaycan atabəyləri: Atabəy Məhəmməd, Qızıl Arslan, Toğrul, Əbubəkr diqqət çəkən obrazlardandır. Həmçinin əslən ərəb qanı daşıyan Qətibənin atabəylərin idarə etdiyi ölkədə öz "qadınlığından" istifadə edərək bir ölkəni necə çətin vəziyyətlərə saldığını açıq şəkildə görmək olar. Əsər kifayət qədər maraqlı və asan oxuna biləcək şəkildə yazılıb.
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Qanun Nəşriyyatı · 2013194 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.