Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

334 syf.
·
Puan vermedi
Kitab çox səmimi dil ilə yazılıb oxuyarkən Elçibəylə üz üzə danışırmış kimi hiss etdim. Buna səbəb bəlkə də kitabın sonunda Elçibəyin verdiyi müsahibələrin bir qisminin yazılı formada olması idi. Azərbaycanın tarixi geniş məzmunda sadə dillə izah olunur. Zerdüştlük məsələsinə də toxunmuşdur. Fars şovinizmi, rus şovinizmi oxucuya açıq şəkildə göstərir. Güney Azərbaycan problemlərinin üzərində də çox durmuşdur. Və Türkiyəyə olan sevgisini görməmək qaçılmazdır. Kitabdan- "Doqquzuncu sinifdəykən tarix müəlliminə sual verdim ki, Azərbaycanın parçalanmasının səbəbi nədir? Bir az izah etdi. Sonra bayıra çağırıb dedi ki, belə suallar verib məni xataya salma.." Azərbaycanın parçalanmasının.. və indi hələdə Azərbaycanın torpaqları işğal altındadırsa bunun səbəblərindən biri danışıb xataya düşmək istəməyən insanların susmasının nəticəsidir. Kitabdan- "Görünür, biz ruhən bir millət olsaq da siyasi baxışlarımız hələ yaxınlaşıb vəhdət təşkil еtməyib. Bu, torpaq hadisəsi dеyil, ictimai hadisədir. İctimai hadisə isə əhalinin hamısının içərisinə yayılmayınca ictimai hadisəyə çеvrilməyəcək. Bəli, kеçər bir nеçə il, bir il, iki il, bir də görərsiniz ki, yеnə Bakının mеydanları doludur, Təbrizin mеydanları doludur. Bu ictimai gеdiş başlanıb, amma başa çatmayıb axı. Başa çatmayıbsa, bəli, mеydanlar yеnə dola bilər, yеnə də tətillər ola bilər, yеnə də çox adamlar tutula bilər. Bu "ola bilər" yox, еlə o cür də olacaq." səhifə-236
Bütöv Azerbaycan Yolunda
Bütöv Azerbaycan YolundaEbulfez Elçibey · Ecdad Yayınları · 199727 okunma
·
188 görüntüleme
Fistik makaron okurunun profil resmi
Nasıl okuyoruz? Ben yapamadım. Allah rızası için söyleryebilir misin?
Qəmər_ okurunun profil resmi
1k'da kitap okuyamıyoruz. Kitapdan alıntılar, ileti, kitaplara inceleme yapmak oluyor.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.