Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

348 syf.
·
Puan vermedi
Bizə vacib olan sağlamlıqdır. Beynimiz, ürəyimiz və s. sağlam olmalıdır ki, özümüzü idarə edə bilək. Sağlığın yerindədirsə istədiyin hər şeyi edə bilərsən. Amma elə xəstəliklər var ki, sən özünü nə qədər qoruyursan qoru ondan can qurtarmaq olmur. Məsələn yaddaş pozqunluğu. Elə bu əsər də insanın sağlığının nə qədər önəmli olduğunu düşündürən romanlardan oldu mənimçün. Roman 50 yaşında olan Elisin erkən Altsheymer xəstəliyinə tutulması və həyatının inanılmaz dərəcədə dəyişməsi haqqındadır. Bu xəstəlik daha çox 65 yaşdan sonra özünü birüzə verir və müalicəsi olmayan xəstəlikdir. Çox nadir hallarda isə erkən yaşlarda bu xəstəliyə tutulma halları da ola bilər. Çox təəssüf ki, Elis də bu nadir halın qurbanı olur. İnsan ağlını, yaddaşını itirərsə, nələrin baş verəcəyini yəqin hamımız bilirik. Çünki yaddaşımız demək olar,bizi idarə edən əsas amildir. Biz hər şeyi, yaşanmışlarımızı, ora həkk edirik. Amma bu xəstəlik elə bir xəstəlikdir ki, zamanla bütün xatirələri, yaşanmışları səndən alır. Həm fiziki, həm mənəvi insanı çökdürür. Beyin artıq özünü idarə edə bilmir. Belə olduqda da yaşamaq çətinləşir. Buna baxmayaraq Elisin bu xəstəliklə mücadələsi, özünə güvəni, uşaqlarının, ərinin (bəzi hallarda yorulsa da)onu hər halında dəstəkləməsi ona mənəvi dəstək idi. Çox yazmaq istəmirəm. Maraqlı və bir o qədər də həssas mövzusu olan romandır. Ona görə oxumağınızı tövsiyyə edirəm xoş mütaliələr.
Elə Həmin Elis
Elə Həmin ElisLisa Genova · Yay Kitab · 2019127 okunma
·
109 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.