Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Müəllif: Nəriman Həsənzadə
Od ürəkli , od nəfəsli diyarımsan Ocağına canım qurban , Azərbaycan ! Əzilsən də , əyilməyən vüqarımsan Bu çağına canım qurban , Azərbaycan ! Savaşlardan alnıaçıq çıxan zaman Tarixlərə bağışladın neçə qurban. Hər qonşuda bir parçası əsir qalan Torpağına canım qurban , Azərbaycan ! Neçə gizli sərvət yatır qucağında , Neçə ölkə od aparır ocağından . Azadlığın al rəmzi var bayrağında Bayrağına canım qurban , Azərbaycan ! Hər uğurun gələcəyə bir yol açır , Hər dost elə xoş niyyətin işıq saçır . Hər millətə , hər məzhəbə isti , açıq Qucağına canım qurban , Azərbaycan ! Başım üstdə məğrur-məğrur dalğalanan Bayrağına canım qurban , Azərbaycan ! Ruhuma büt , cismim üçün vətən olan Torpağına canım qurban , Azərbaycan !
·
40 görüntüleme
Təbəssüm Mustafaeva okurunun profil resmi
Elbette. Kardeş ülkemiz teşükkür ederiz 🇹🇷🇦🇿✊
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.