Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

224 syf.
10/10 puan verdi
Spoilər ola bilər, cavabdeh deyiləm:D
24 sərbəst iş yazmalı olduğum halda kitabı bitirəcəm deyə sərbəst işlərim qaldı:D Amma kitabın hər səhifəsinə dəyər deyə düşünürəm:) İlyas Əfəndiyevdən oxuduğum ilk kitab oldu. "Söyüdlü arx" 1958ci ildə yazdığı ilk roman olub. Kitabın mövzusu: Nuriyyə adlı yetim bir qızın həyatından və onun uzaq bir kənddə başına gələnlərdən bəhs olunur. Tələbəlik illərində gənc bir leytnantla tanış olur və onlar arasında ilk görüşdən böyük bir sevginin təməli qoyulur. Lakin tale onları ayırır. İllər sonra sevdiyi insanla qarşılaşır, amma onun evli olmasını öyrənən zaman Nuriyyənin bütün ümidləri qırılır... Kitabın mövzusu sıradan gələ bilər, lakin kitabın içərisində nakam sevgi ilə yanaşı, zəhmətkeşlik, əzmkarlıq, dostluq da aşılanır. Kitabın əsl məğzi, bir qadının öz sevgisi uğrunda nələrə tab gətirə biləcəyini, qadın sevgisini, eşq acısı və qısqanclığı zərif və gözəl formada oxucuya çatdırılır. Kitab da mənə ən çox təsir edən Nuriyyənin yaşadıqları oldu. Ömrü boyu əziyyət çəkmiş bu qız aktrisalıq edərək qəlbi ağlasa da ətrafındakılara gülüş bəxş edə, onlara nələrsə öyrədə bilirdi. Kaş ki, hər kəs bu qız kimi güclü, mərd, işinə can yandıran, tək öz mənafeyini düşünməyən insanlar olsa... "Mən özümü öz böyük eşqimə qurban verirdim. Mən cəfakeş bir eşqin ali səadəti ilə sevərək, gülümsəyərək ölürdüm. Mən, uğrunda həlak olduğum oğlanın xəyalını özümlə birlikdə əbədiyyətə aparırdım..." - Bu sətirlərə ürəyimi qoydum...♡ Bu alıntıdan sonra, artıq sözə ehtiyac yox deyə düşünürəm...
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 2020781 okunma
·
354 görüntüleme
Pəpi okurunun profil resmi
mən də oxumağı düşünürdüm ama deyəsən spoiler oldu😢😢
şəhanə okurunun profil resmi
Kitabın mövzusu hərkəsə bəlli) nakam sevgi. Amma oxumağa dəyər, sonunun necə bitdiyini yazmadım :)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.