Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

64 syf.
6/10 puan verdi
·
Beğendi
Əsərin fantasmaqor mövzusu hər oxucunun diqqətini çəkməyə bilər. Povest süjet xətti ilə ilk baxışda gülməli görünsə də, oxuyub əsər üzərində düşündükdən sonra yazıçının bu cür qəribə yanaşması ilə əslində cəmiyyətdə insanın mövqeyi və onun statusundan necə asılı vəziyyətə düşməsinə diqqət çəkdiyini görmək mümkündür. Qoqol maraqlı bir yanaşma ilə o zamankı cəmiyyətdə Kovalyovun burunsuz olaraq keçirdiyi psixoloji hallarını, yuxarı cəmiyyət əhatəsində üzüntüsünü gözəl təsvir edib. Eyni zamanda yazıçının yüksək müşahidə qabiliyyəti ilə hadisələri ard-arda düzməsi və belə bir mövzunu xüsusi ironiya, yumorla yazması da əsərə rəng qatıb. Heç təəccüblənmədim ki, Qoqol kimi həm ağıllı, həm də hadisələri satirik dillə çatdıra bilən bir yazıçı povestin sonunda öz müəllifliyinə də ironiyalı yanaşıb. Əsərin sonunda bu hissəyə diqqət yetirin: "Deyək ki, bunları başa düşdük, ancaq necə olur ki, burun bişmiş bir çörəyin içindən çıxır? Sonra necə olur ki, İvan Yakovleviç?... Nə isə bunları boş verin, bu işin məntiqli izahı yoxdur. Fəqət məni ən çox təəccübləndirən və başa düşmədiyim şey yazıçıların bu cür mövzuları götürüb yazmağa çalışmalarıdır. İnanın, bu izah ediləcək bir şey deyil. Bax, bu məsələni bir şəkildə anlaya bilmirəm. Həm belə bir mövzunun nə ölkəyə, nə də hər hansı bir insana heç bir faydası yoxdur; sonra... Nə olduğunu bir şəkildə anlaya bilmirəm..."
Burun
BurunNikolay Gogol · Tutku Yayınevi · 20175,2bin okunma
·
16 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.