Kənan Hacıdan oxuduğum ilk roman idi, "Yaddaş kartı"... Bundan əvvəl internetdə ayrı - ayrı məqalələrini, esselərini, tək -tək şeirlərini oxumuşdum və hər birini çox bəyənmişdim. "Yaddaş kartı" ilə isə Kənan bəyin bədii dili ilə daha yaxından tanış olma fürsəti qazandım.. Onun həyatını, yaxınlarını, bu günlərə gəlməsində rol oynayan insanları daha yaxından tanıdım.. Əsər, həqiqətən də, istər üslubu, istər axıcılığı və oxunaqlılığı, mövzusu (avtobioqrafik əsərdir) baxımından mükəmməl əsərdir.. Üstəlik, əsər Azərbaycan tarixinin ən qarışıq dövrünün siyasi hadisələrini, Azərbaycanın iki böyük faciəsini - Qanlı Yanvar və Xocalı faciəsini də bu və ya digər dərəcədə özündə əks etdirir... O hadisələrin canlı şahidi və birbaşa iştirakçısı olmuş bir insanın dilindən bu hadisələri oxumaq, onları canlı - canlı yaşamaq kimi oldu mənimçün... Ümumiyyətlə, bu əsər mənə Kənan Hacını daha yaxından tanımaq imkanı yaratdı və bu, Kənan bəyin şəxsiyyətinə olan hörmətimi birə - on artırdı... Hər kəsə mütləq oxumağı tövsiyyə eləyirəm...