Dünya şöhrətli rejissor Deyv Simmonsun böyük sirri var!
"Oscar" mükafatı da qazanan rejissor illərdir ki, susqunluq içindədi, reportajlardan yayınır, daha film çəkmir və öz keçmişi haqqında danışmaqdan yayınır.
Uzun illər çəkən susqunluq sonrası bəxt gənc müxbir-kunoşünas Kristina Uilyamsın üzünə gülür, Deyv Simmons gözlənilməz şəkildə onunla danışmağa razıdır!
Gənc kinoşünas öyrəndikləri qarşısında yaşadığı təəccübü həzm etməyə macal tapmadan vacib qərar verməlidir: Bu böyük sirri dünya ilə paylaşmalıdır, yoxsa yox?
"Nömrə birlər" və "Zamanın göz yaşları" əsəri ilə oxucularının sevimlisinə çevrilən Fərid Hüseynlidən yeni roman! Əsər sizi uzaqlara, xoşbəxtliyin nakam, gəncliyin müti, dostluğun naqis olmadığı uzaqlara aparacaq.