Kitab o qədər axıcı amma oxumaq bəzən o qədər çətin idi ki, xüsusilə də nə baş verəcəyini əvvəlcədən biləndə. Kitablardan əvvəl filmlərə baxmağımın pis tərəfi odur ki, oxuyanda hər səhnə gözümün qarşısına gəlir və təbii ki, mən də pis olurdum. Bu dəfə kitaba daxil olan rollara daha çox bağlanır onların gedişinə daha çox kədərlənirdim. Yəqin ki, digər kitab üçün də eyni hissləri yaşayacam. Amma bu kitabda bir daha əmin oldum ki, Katnissin bu qarşıdurmanı davam elətdirməsinə ən böyük kömək elə Peetadır. Onu zəif saymaq isə məncə ən böyük axmaqlığın özüdü. Bəzən sözlərin gücünü unuduruq amma bu kitabda bir daha bizə xatırladıldı ki, Peeta Snowun qarşısında, ilk andan bəri sözləri ilə dayanıb.