Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yorumlar ve İncelemeler

Tümünü Gör
136 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Signor Bayramlı Məhəmməd: "Bakirə"
"Bədənin bakirəliyinə o qədər diqqət edirlər ki, ruhun bəkarəti unudulur. Ruhun əxlaqsız olduqdan sonra, bədənin təmiz qalsa, nə fərqi? Əgər qəlbini xəyanət hissi viran edibsə, düşüncələrində əxlaqsızlıq yuva salıbsa, dodaqlarından çıxan sözlər həqiqəti əks etdirmirsə, bədənin bəkarəti nə işə yarayar?" deyir Signor.. Hər şeydən öncə romandakı bədii təsvirlər o qədər möhtəşəm idi ki, düşünürəm ki, bir yazıçını əsl yazıçı edən onda məhz bu xüsusiyyətin olmasıdır. İstər peyzajlar (təbiət təsvirləri) olsun, istərsə də obrazların xarakter və xarici görünüş təsvirləri. Əminliklə deyə bilərəm ki, Signor, oxucunun tam anlamıyla hadisələri gözünün qarşısında canlandıra bilməyinin haqqını verib. Bir tərəfdə yalan və xəyanət sütunu üzərində qurulmuş "ailə", bu "ailə"nin müəmmalı sirlərindən təsirsiz ötüşməyən hal-qəziyyələr, digər tərəfdə isə xəyal etdiyi gələcəyi üçün "Təbriz malikanəsi"nə üz tutan, hər şeydən xəbərsiz Fidan. Yusif Carçıoğlu isə özü ilə bağlı şübhələrə tam olaraq cavab tapa bilmədiyi üçün böyük bir ikiləmdə qalmaqdadır. Bəs Laura? Onun sirləri isə başına gəldiyi hadisələri yazdığı gündəlikdən ortaya çıxır. Hər kəsin öz "Şeytan"ı olduğu kimi Lauranın da var. Şeytanamı uymalı, yoxsa onu öz cəhənnəminə əbədi zəncirləməlimi? Kitabın davamının yazılmasını, Fidan və Yusifin taleyinin illər sonra eyni "Gündəlik" səbəbindən kəsişməsi istəyimi də burdan Signora mesaj olaraq ötürürəm. Buona lettura.))
Bakirə
BakirəSignor Bayramlı Məhəmməd · Qanun Nəşriyyatı · 031 okunma
Reklam
136 syf.
8/10 puan verdi
·
25 saatte okudu
Kitabın yazarı Məhəmməd mənimlə eyni dövrün yazarı olduğu və mənim dostum olduğu üçün əsəri yazıçı üzərindən dəyərləndirmək istəyirəm. Məhəmmədin səbri mənim səbrimi üstələyir. Belə ki, o bu əsərində bədii təsvirlərdən bol-bol istifadə edib və iki ayrı zaman dilimində baş verən hadisələri elə gözəl ardıcıllıqla düzüb ki, rəsmən heyran oldum. Şəxsən mən bacarmazdım. Əsər Fidan və Lauranın həyatından bəhs edir. Məncə bu qədər məlumat bəsdir, gerisini oxuyaraq öyrənərsiniz...
Bakirə
BakirəSignor Bayramlı Məhəmməd · Qanun Nəşriyyatı · 031 okunma
·
Puan vermedi
Müasir Azərbaycan ədəbiyyatından bir nümunə ilə gəlmişəm- "Bakirə". Kitab sadə dillə yazılıb, insanı yormayan bir üslubu var və olduqca axıcıdır. Yazar çox gözəl bədii təsvirlərdən istifadə edib. Obrazlılıq insanı qətiyyən yormur, hətta deyərdim xüsusi bir həzz verir. Kitabda iki zaman dilimi göstərilir, günümüzdə Fidan və Carçıoğlu malikanəsindəki bir neçə aylıq macərası, bir neçə əsr əvvəl yaşamış Laura və acınacaqlı həyatı. Yazar iki fərqli zaman və məkanı olduqca təbii şəkildə, yormadan və qarışıqlıq yaratmadan çox gözəl əlaqələndirib. Əsrlər keçsə də, problemlər dəyişmir... Kitabda əxlaq anlayışına fərqli bir yanaşma görürük. Bu fərqliliyi isə kitabı oxuyaraq kəşf edə bilərsiniz.
Bakirə
BakirəSignor Bayramlı Məhəmməd · Qanun Nəşriyyatı · 031 okunma
136 syf.
10/10 puan verdi
·
Beğendi
Salamlar əziz oxucular. İlk incələməmi bu kitabda apardığım üçün çox məmnunam. Kitab məndə xoş təəssürat buraxdı desəm yanılmaram. İlk öncə kitab çox axıcıdır. Hətta deyə bilərəm ki, necə bu qədər sürətli oxudum deyə şoka düşə bilərsiniz. Obrazlarla əlaqəni rahatlıqla qura bilərsiniz. Hətta oxuduqca sanki müxtəlif film ya da kitabların qarışığı kimi də hiss oyada bilər. Ağır fəlsəfi və yaxud klassika oxuyan insanlar üçün beyin dincəldəcək kitab sayıla bilər. Həm beyninizi yormayacaq həm də daha sadə dusunməyinizə səbəb ola bilər. Spoiler vermədən bu qədər danışa bildim. Müəllifin dediyi kimi: Bədən bir gün bəkarətini itirər . Əsas odur ki, ümid və arzuların bakirə qalsın . Xoş mütaliələr
Bakirə
BakirəSignor Bayramlı Məhəmməd · Qanun Nəşriyyatı · 031 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.