Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bebek Bakımı ve Çocuk Eğitimi

Benjamin Spocks

Bebek Bakımı ve Çocuk Eğitimi Gönderileri

Bebek Bakımı ve Çocuk Eğitimi kitaplarını, Bebek Bakımı ve Çocuk Eğitimi sözleri ve alıntılarını, Bebek Bakımı ve Çocuk Eğitimi yazarlarını, Bebek Bakımı ve Çocuk Eğitimi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
320 syf.
3/10 puan verdi
·
Beğendi
·
76 günde okudu
Özellikle anne adaylarının büyük bir zevk ve ilgiyle okuyabileceklerine inandığım bir kitap.Okuduğunuzda, pratikte uygulanabileceğiniz bilgi ve donanıma sahip olacaksınız.Tavsiye ederim.
Bebek Bakımı ve Çocuk Eğitimi
Bebek Bakımı ve Çocuk EğitimiBenjamin Spocks · Kariyer Yayınları · 200214 okunma
Valideynlər də insandır
Valideynlərin də öz ehtiyacları var. Uşağa xidmət barədə yazılan kitablar, həmçinin bu kitabın özü də, əsasən uşağın saysız-hesabsız ehtiyacları barədə danışır. Ona görə də təcrübəsiz valideynlər bəzən öhdələrinə düşən işin çoxluğu barədə oxuduqda, ümidsizliyə qapılırlar. Onlara elə gəlir ki, müəllif uşağın tərəfini saxlayır, hər hansı uğursuz əmələ görə valideynləri təqsirkar bilir. Ancaq insafən, deməliyik ki, valideynlərin ehtiyaclarına da uşaqlara ayrıldığı qədər səhifə ayırmaq lazımdır, onların daim rast gəldikləri uğursuzluqlar, yorulub əldən düşdükləri hallar, uşaqların ata-ananın qəlbini yaralayan hərəkətləri barədə də geniş yazılmalıdır. Uşaq böyütmək uzun və ağır zəhmətdir, uşaqlar kimi, valideynlərin də öz ehtiyac və tələbləri vardır.
Reklam
Sizə təəccüblü görünməsin, alimlər uşaqların tərbiyə üsullarını öyrənərək belə qənaətə gəlmişlər ki, uşağını sevən valideynlər öz duyğuları əsasında ən doğru tərbiyə yolu seçirlər.
Özünüzə inanın
Siz uşağın tərbiyəsi barədə çox eşitmiş, bu barədə xeyli xüsusi ədəbiyyat oxumuş, həkimlərlə söhbət etmişsiniz. Körpəyə xidmət etmək problemi sizə həddindən artıq mürəkkəb görünə bilər. Siz uşağa hansı vitaminlərin və nə cür meyvələrin lazım olduğunu aydınlaşdırırsınız. Bir tanışınız deyir ki, yumurtanın tərkibində dəmir olduğundan, onu mümkün qədər erkən vermək lazımdır, başqası isə yumurta diatezə səbəb olduğundan, onu vermək üçün tələsməyi məsləhət görmür. Sizə deyirlər ki, körpəni tez-tez qucağa alsanız, onu ərköyün öyrədərsiniz, başqası isə əksinə, uşağı çox əzizləmək lazım gəldiyini söyləyir. Bəzisi nağılın uşağı həyəcana gətirdiyini, başqası isə nağılın ona yaxşı təsir etdiyini deyir.Tanışların sizə dediklərinin hamısını tam mənasında qəbul etməyin.Özünüzün şəxsi sağlam mühakimələrinizə etibar etməkdən qorxmayın.