Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bir İlluziyanın Gələcəyi

Sigmund Freud

Bir İlluziyanın Gələcəyi Gönderileri

Bir İlluziyanın Gələcəyi kitaplarını, Bir İlluziyanın Gələcəyi sözleri ve alıntılarını, Bir İlluziyanın Gələcəyi yazarlarını, Bir İlluziyanın Gələcəyi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Elə bil, ruhlar da, hansısa böyük bir insana mənsub olmasından asılı olmayaraq, kiminləsə danışanda onun səviyyəsinə enib, onunla bir ağılda olmağa başlayırlar..
Istəklərin gerçəkləşməsinə qarışan inamı illüziya adlandırırıq və bizi gerçəkliklərdən ayıran belə bir illüziyanın varlığı heç də onun doğruluğunun təsdiqi üçün yetərli deyil.
Reklam
Çox maraqlı bir vəziyyət yaranır: Insanlar bir-birindən ayrılıqda yaşaya bilmədiklərindən özlərinin birgəyaşayışları üçün mədəniyyət yaradırlar və sonradan onu çiyinlərinə düşmüş ağır bir yük saymağa, özlərini onun qurbanları kimi qavramağa başlayırlar.
Burada, bəlkə, kimsə etiraz etmək əzmində olacaq: əgər belədirsə, yəni ən köhnəlmiş skeptik iddia edir ki, dinin ideyaları ağıl tərəfindən inkar edilə bilməz, onda onların tərəfində bu qədər, yəni: ənənə, cəmiyyətin razılaşdırılmış rəyi, bunların məzmunundakı təsəlli etmək qabiliyyəti varsa, niyə axı mən onlara inanmayım? Doğrudan da niyə yox? İnama məcbur etmək olmadığı kimi, inamsızlığa da məcbur etmək olmaz. Lakin insna ürəyində şirin yalanlara gərək uyuşmasın, düşünməsin ki, belə sübutlara əsaslanmaqla onun fikri düzgün istiqamət üzrə yeridir. Bilmirsənsə, deməli, bilmirsən: nəyə olursa, olsun inanmaq hüququnu burada heç cürə əsaslandırmaq mümkün deyil.
Birincisi, bizim əcdadlarımız onlara inandıqları üçün, onlar inama layiqdirlər; ikincisi, biz ən qədimdən bizə gəlib çatan şəhadətlərə və təsdiqlərə malikik; üçüncüsü isə, ehkamların sübutluluğu barədə məsələ qaldırmaq, ümumiyyətlə, qadağandır. Bu cür cəhdlər əvvəllər ciddi şəkildə cəzalandırılırdı, elə indi də cəmiyyət bu cəhdlərin baş qaldırmasına çox pis baxır.
Böyüməkdə olan insan başa düşəndə ki, o, həmişəlik uşaq olmağa məhkumdur, heç vaxt yad qüvvələrdən müdafiə axtarmaqdan qalmayacaq. O, bu qüvvələrə ata obrazı verir, özünə allahlar yaradır, onlardan qorxur. Eyni zamanda onları öz tərəfinə çəkməyə çalışır, onlardan kömək diləyir. Beləliklə, ata üçün darıxmanın motivi insan acizliyinin nəticəsindən müdafiəsi ilə eynidir; uşağın oz acizliyinin öhdəsindən gəlməyə çalışdığı vasitə, yetkin insanın istəmədən olsa da, qəbul etdiyi acizliyinə reaksiyasının səciyyəvi əlamətlərlə doludur və bu reaksiya elə dinin formalaşmasıdır.
Reklam
Yox, bizim elm illüziya deyildir. Ancaq elmin hal-hazırda bizə verə bilmədiklərinin hansısa başqa bir qaynaqdan alına biləcəyinə bəslənən inam həqiqətən də bir illüziya sayılmalıdır.
İnamla demək olar: insanlığın yaşadığı bütün çağlarda, əxlaqsızlıq dində özünə əxlaqdan daha artıq dayaq tapa bilmişdir.
Mən artıq bunu göstərməyə çalışmışam: dini baxışlar da, yerdə qalan başqa mədəni dəyərlər kimi, insanın özünü təbiətin amansız və azman güclərindən qorumaq təlabatına görə yaranmışdır.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.