Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bir Milyon Dollarım Olsaydı

Qaraqan

Bir Milyon Dollarım Olsaydı Yorumları ve İncelemeleri

Bir Milyon Dollarım Olsaydı yorumları ve incelemelerini, Bir Milyon Dollarım Olsaydı kitabı hakkındaki okur görüşlerini , Bir Milyon Dollarım Olsaydı puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

7.710 üzerinden
398 Kişi · 39 İnceleme
200 syf.
9/10 puan verdi
·
Beğendi
·
21 saatte okudu
Düşünün ki, "işdən evə qayıdanda yolunuz bir tikinti sahəsinin yanından düşür. Orada təsadüfən bir qara çamadan tapırsınız". İçində bir milyon dollar... Kitabın baş qəhrəmanı da bu situasiyaya düşür. Birdən-birə bir milyon dollar tapmış 40 yaşlı Kərəm üçün əvvəl hər şey yaxşı gedir. Sonra pulun çoxluğu ucbatından stres keçirir, halüsinasiyalar görür, paranoik xəstəyə çevrilir. Deməli, böyük məbləğdə pul heç də həmişə xoşbəxtlik demək deyilmiş... Kitabın dili axıcı və müasir üslubdadır. Ümumiyyətlə, Qaraqanın kitablarını dilinin müasirliyinə və psixoloji təsirinə görə sevirəm. Baş qəhrəmanın və onun ailəsinin keçirdiyi iztirablar elə təsvir edilir ki, oxuyarkən özümü onların yerində hiss etdim. Bir sözlə, kitabı bəyəndim. Oxumağınızı tövsiyə edirəm. Xoş mütaliələr!
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Qanun Nəşriyyatı · 20231,150 okunma
200 syf.
·
Puan vermedi
·
21 saatte okudu
Bir milyon dollarım olsaydı... Bununla belə Qaraqanın yazdığı kitabları oxuyub bitirmiş oldum. Kitabı oxuyarkən müxtəlif , qarışıq hislər keçirdim. Düşünürəm ki , ən çox məyusluq və yazıqlıq hissi keçirdim, bu dünyanın əzilməyə məhkum olan yaxşı insanlarına və milyon dollarlıq mükafata layiq olan yalan insanlarına... Dərin təsir bağışladı bu kitab mənə... Artıq Qaraqan da qayıtdığına görə yeni -yeni , düşüncələrimizin beynimizi dəlib kainata sığmamasına səbəb olan kitablar yazması ümidi ilə...
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Qanun Nəşriyyatı · 20231,150 okunma
Reklam
200 syf.
·
Puan vermedi
·
Beğendi
Böyük pullar böyük bədbəxtliklər gətirdiyini əminliklə deyə bilərəm. Bugünə kimidə heç bir varlı insanın xoşbəxt olduğunuda görməmişəm. Bu kitab xülyadan oyanmağa və reallıqları qəbul etməyə çağırır, əgər nəyisə əldə etmək istəyirsizsə ona ancaq əziyyət çəkməklə çata biləcəyinizi gizli şəkildə mesaj verir. Nə demişlər çox istəyən azdanda olar :)
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Qanun Nəşriyyatı · 20231,150 okunma
244 syf.
4/10 puan verdi
~Pul hər zaman xoşbəxtlik gətirirmi?
Qaraqanın qələmindən oxuduğum ilk kitabdır. Hər kəsə məlum olduğu kimi Qaraqan kitabları həm çox bəyənilir,həm də məşhurdur. Digər sosial şəbəkələrdə də kitabla bağlı fərqli paylaşımların şahidi olmuşam. Buna əsaslanaraq çoxdandır oxumaq fikrindəydim. Nəhayət oxuyub bitirdim. Düzü nə yalan deyim bu qədər bəyənilən kitabı mən bəyənə bilmədim. Sıradan kitab oldu mənim üçün. Adından məlum olduğu kimi mövzu bir milyon dolların ətrafında fırlanır. Oxuyarkən bəzən sıxıldım,çünki eyni hadisələr təkrarlandı. Sadə, sıradan əsər təəssüratı yaratdı məndə . Hadisə,olay yoxdu. Oxuyarkən indi nə olacaq, sonra nə olacaq deyə düşünmürsən. Eyni hadisələr təkrarlanır. Fikrimcə sıradan,düz yazılıb. Amma son olaraq əsərin gəldiyi nəticəni bəyəndim. Pulun hər zaman xoşbəxtlik gətirmədiyi,az pulla da xoşbəxtliyin mümkün olduğu gözəl vurğulanıb. Bu qədər,kitabla qalın
Qaraqan
Qaraqan
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,150 okunma
244 syf.
9/10 puan verdi
·
Beğendi
·
193 günde okudu
Bir milyon dollarim olsaydı görən mən nə edərdim? Özüm qazansaydım, ya da miras qalsaydı bəlkə nə isə edə bilərdim, amma tapsaydım.... Yəqin mən də dəli olardım... Azın dərdi az, çoxun da dərdi çoxdur, düz deyiblər. Kərəm Alıyev bir milyon dollar tapır və..... Yoox bu səhvi çalışacam etməyim, aylar öncə yarım buraxdığım əsəri 2 gündə bir nəfəsə
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,150 okunma
109 syf.
·
Puan vermedi
·
25 günde okudu
Vəə yenə qaraqan yenə bir romanı Kitabı oxuduğda çox sıxılırdım çünki, bir milyonun ola onuda heç doğru dürüst xərcləyə bilməyəsən. Hətta Oğlunun dişini söküb, həyat yoldaşına aldığı paltarları,qızna aldığı ayaqqabını cıranda dahada həvəsdən düşdüm, yarımçıq qoyacagdım ama axırında nəsə mənalı birşey olacagını ümid edib oxumaga davam elədim. axı ona bir milyonun xeyri gəlmədi ən azı kasibda olsaydi bir ailəsi var idi ağlı var idi. Ən əsası ağılldı, allah heçkəsin ağlını başından almasın. ÖZÜNÜ İDARƏ EDƏ BİLMƏYƏN İNSAN dünyanın ən bədbəxt insanıdır Düzünü desəm qaraqanın obiri romanları qədər maraqlı deyildi. . Belə başa düşürəm ki dünyada kərəm kimi saf, təmiz vicdanlı insanların önünə belə bir şans çıxsada onların xoşbəxt olmaq kimi bir lüksü olmayacaq. Məndə özümə bu sualı verdim ki kərəmin yerinə olsaydım mən nə edərdim? Yəqin elə məndə kərəm kimi mənşəyi bəlli olmayan pulla yeni bir həyat qurub lüküs yaşamağı düşünməkdənsə pulun hardan gəldiyi haqqında düşünüb dəli olardım Tağıyev kimi vicdansızlarında həyat üzünə gülür Bu dünyada bir milyonumuz olmasa da olar əsas odu Allah yanında təmiz vicdanlı olaq
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,150 okunma
Reklam
200 syf.
·
Puan vermedi
·
21 saatte okudu
Qaraqanın ilk kitabıdır ki oxuyuram və həqiqətən o qədər gözəl axıcı yazılıb ki... Yəni pul insanın həyatını bu halamı salır? Bəlkə də Kərəm belə təsəvvür etməzdi ki, həyatı alt-üst olar...
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,150 okunma
244 syf.
·
Puan vermedi
·
17 günde okudu
Kitab necə idi?
Kitab maraqlı və axıcıdır. Kitabda bir milyon dollar tapmış Kərəmin psixologiyasının dərindən təsvirinə yer verilmişdir. Bəzən qorxu bizi uçuruma apara bilər. Bəzən çox düşünmək və paronika insanı dəli edə bilər. Kərəmin əksinə Tağıyev heç nə düşünmədən, qorxmadan bir milyonu ələ keçirir və istədiyi kimi xərcləyir. Bir milyon bir ailəni məhv edir. Kərəmin həyat yoldaşı Firuzə kərəmi sevsə də Tağıyevin toruna düşür və həyat yoldaşına xəyanət edir. Həm də öz evlərində,öz doğma çarpayılarında, ərinin gözləri qarşısında. Həyat yoldaşı Kərəm isə bütün olanları yataq otaqlarındakı şkafdan görür. Əslində Kərəmin düşündüyü kimi bir milyonu nə mafiya, nə də başqa pis qüvvələr ora qoymuşdu. Onu varlı və oğlu xərçəng xəstəliyindən qurtulmuş bir ata bir insanı bataqlıqdan qurtarmaq üçü ora qoymuşdu.
Qaraqan
Qaraqan
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,150 okunma
42 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.