Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bir Sən Qədər

Əziz Yaqubzadə

Bir Sən Qədər Gönderileri

Bir Sən Qədər kitaplarını, Bir Sən Qədər sözleri ve alıntılarını, Bir Sən Qədər yazarlarını, Bir Sən Qədər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Çünki əllərim hər nə qədər sənə həsrət olsa da,hər zaman ümidliyəm,sözlərimlə sənə toxunacağımdan...
Kitab olsam, oxuyardınmı məni? Gözlərimdə gördüklərinin, dinlədiklərinin altından xətt çəkib, o cümlələri həyatının bir parçasına çevirərdinmi?
Reklam
Bir qadın sev... Makiyajla bəzənməyi deyil, kitab rəfini kitabları ilə bəzəməyi sevən, Qızıl qiymətinə olan ətirlərlə deyil, qızıldan da dəyərli Cavid, Müşfiq, Dilbazi şeirləri qoxan. Dizləri başının, qolları kürəyinin ana vətəni olan, Ən şirin halları küsəndə dodaq büzmək, kitab oxuyarkən qaşlarını çatmaq olan. Səni dinləyəndə təbəssüm edərək dodaq qaçırdan, anlamayanda isə anlamsızca məsum-məsum üzünə baxan Bir qadın sev... Gözləri Şövkət Ələkbərova mahnıları kimi hüzur verən, Çobanyastığı çələngləri belə saçlarının üstündə solğun görünən, Dodaqları yanaqlarına toxunanda bütün dərd-sərini söküb-aparan, Əlləri yarana dəysə məlhəm olan. Gülüşünə dünyanın bütün xoşbəxtliklərini sığdıran Bir qadın sev... İtirməkdən dəli kimi qorxacağın, Saç uclarından ayaq barmaqlarına qədər heyran olacağın. Sevirəm desə səs tellərindən öpmək istəyəcəyin, Üz-üzə gəlsəniz dizlərinin əsəcəyi, Sadəcə o var deyə dünyanın gözlərində göy qurşağından daha da rəngli görünəcəyi Bir qadın sev... Hətta gözlərindəki parıltını günəşin də qısqandığı, Kirpiklərinə göz yaşlarının belə qıymadığı. Onu doyunca seyr etməyə bir ömrün belə kifayətsiz qaldığı, Çiyinlərini dünyanın ən gözəl guşəsi sandığın. Digər qadınlardan fərqli olduğuna inandığın Bir qadın sev...
Gedəcəksənsə, paltarlarını deyil, qəlbini götürüb getməlisən. Gedəcəksənsə, fikirlərin qəti, vicdanın rahat bir şəkildə getməlisən. Çünki getməyin də bir ədəbi var, əzizim. Gedəcəksənsə, əzilib- büzülərək deyil, adam kimi gedəcəksən...
Sən demə uşaq ikən qanayan dizlərimiz, gələcəyimizin xəbərçisi imiş.Yıxılmaqla başlayan yaralarımızı sonralar vaxtsız gedişlər, tərk etmələr izləyəcəkmiş...
Qadınlar niyə ən güclü varlıqlardır, bilirsinizmi? Çünki acılarını ən gözəl onlar gizlədə bilirlər, yaralarını ən gözəl onlar dərinlərə gömürlər və nə qədər sıxıntı ilə, çətinliklə mübarizə aparırlarsa, aparsınlar, ən gözəl onlar heç nə olmamış kimi davranırlar.
Reklam
Bir qadın sev... Makiyajla bəzənməyi deyil, kitab rəfini kitabları ilə bəzəməyi sevən. Qızıl qiymətinə olan ətirlərlə deyil, qızıldan da dəyərli Cavid, Müşfiq, Dilbazi şeirləri qoxan.
Çünki əllərim hər nə qədər sənə həsrət olsa da, hər zaman ümidliyəm, sözlərimlə sənə toxunacağımdan...
Bir qadın...)
Çünki bir qadın qəhvəsindən bir qurtum içərkən, bir də saçlarını sola atıb, oxuduğu kitabın növbəti səhifəsini çevirərəkən gözəlliyinə doyum olmur...
31 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.