Böyük Ümidlər kitaplarını, Böyük Ümidlər sözleri ve alıntılarını, Böyük Ümidlər yazarlarını, Böyük Ümidlər yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bu kor-koranə sadiqlikdir, cavabsız itaətkarlıqdır, özünü alçaltmaqdır, bu sual vermədən inanmaqdır, özünün və bütün dünyanın əksinə olaraq bütün qəlbini təslim etməkdir... mənim kimi!
3 il sonra yenidən Charles Dickens qələmindən çıxan bir kitab mənə izah edilməyəcək hisslər yaşatdı. Ümumiyyətlə nə zaman sentimental, kövrək və real hisslər yaşamaq istəsəm ya Remarka üz tuturam, ya da Dickensə.
İlk növbədə qeyd edim ki, qəhrəmanın başından keçənləri ifadə şəkli sadə dillə təsvir olunsa da, kitabın ilk 200 səhifəsi darıxdırıcı gələ bilər. Lakin davam etdikcə görəcəksiniz ki, əslində sıxıcı deyə düşündüyünüz hər şey əslində bir-birini tamamlayan pazl hissələridir.
Baş qəhrəmanımız Pip (açığı nə yalan deyim, ilk başlarda ona o qədər əsəbləşirdim və gözümdə necə də nankor kimi canlanırdı, lakin sonlara doğru elə bil eyniləşmişdik) valideynlərini itirmiş və bacısı və bacısının yoldaşı ilə yaşayan balaca bir uşaqdır. Bacısının ona qarşı münasibəti yaxşı olmasa da, bacısının yoldaşı dəmirçi Co tərəfdən bəxti gətirmişdi. Uşaqlıqdan gələcəkdə Co kimi dəmirçi olacağını düşünsə də, taleyi ona fərqli və özündən böyük ümidlər verir.
Lakin onun ümidlərinin sonu necə olur? Xoş mütaliələr sizə!
Böyük ÜmidlərCharles Dickens · Qanun Nəşriyyatı · 201914,3bin okunma
- Mənə elə gəlir mən azadlığın bütün ləzzətlərini bilirəm.
- Ola bilər, lakin hər halda mənim qədər başa düşmürsən. Bunun üçün mənim balam, barmaqlıq arxasında olmalısan, mənim kimi!
... pilləkəni qalxanda Herbert qollarını açaraq məni qarşıladı və mən heç vaxt olmadığı kimi adamın dostu olmasının necə böyük xoşbəxtlik olduğu fikrini bütün kəskinliyi ilə hiss elədim.
Mən onunla özümü bircə dəqiqə belə xoşbəxt hiss eləmirdim, amma gecə və gündüz yalnız qəbirə qədər ondan ayrılmamağın necə böyük xoşbəxtlik olduğu haqda düşünürdüm.
Əgər o etinasız müəllim olsaydı, mən şagird kimi ona münasibətimdə eyni etinasızlığı göstərəcəkdim, lakin o mənə bunun üçün əsas vermədi və bununla da bizim aramızdakı qarşılıqlı hörməti təmin eləmiş oldu.