Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Çınar Ömrü

Rəsul Rza

Çınar Ömrü Gönderileri

Çınar Ömrü kitaplarını, Çınar Ömrü sözleri ve alıntılarını, Çınar Ömrü yazarlarını, Çınar Ömrü yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
O Gecə
Gecədir. Kimsə yox. Bir sən, birdə mən. Zülmət asılmışdır pəncərələrdən, Otağımda sükut, göylərdən dərin. Bir mənəm, bir sükut, bir də gözlərin.
Sayfa 174Kitabı okudu
Nə qumlarda dəvə ləpirləri... Nə havada zınqırov səsləri... Köçümüz indi rezinli təkərləri saniyədə yüz dəfə hərlənən maşınların üstündədir.
Reklam
Sevgilim: Bəlkə, bütün ötüb keçən günlər ən gözəl günün müqəddiməsi imiş. Bəlkə də bu nigaranlıq, bu incimələr məhəbbətin sınağı sədaqətin səsi imiş.
Könlüm nəğməli neydir. Dilim dolu gileydir. Öldürdü nazın məni. İnsaf da yaxşı şeydir.
Çarli! Böyük ürəkli balaca adam. Sənsiz kor qızların taleyi necə olacaq. Yenə də dünyada qızıl qızdırması var axı daha qaynar, daha amansız. Sən mübarizə meydanında gülüşünü döyüşə hazır qoydun ən qorxulu silah kimi. Özün necə vaxtsız getdin, necə zamansız.
“Kor qızlar” Çaplinin “Böyük şəhərin işıqları” filmində kor qıza, “qızıl qızdırması” Çaplinin eyni adlı filminə işarədir.Kitabı okudu
Dedin: – Neyləyək, vaxtı öldürək? Gün uzun, gecə uzundur! Düşünmədin, boş keçən anlar da möhnəti bilinməyən ömür yolumuzundur. Yol qurtarar, bircə an dayansa ürək. Nə rəvadır, vaxt bizi yaşadırkən, biz vaxtı öldürək?!
Reklam
Səhərlərim açılır, Könlüm açılmır nədən? Nəfəs alıb verdikcə Ömürdür keçib gedən..
Sayfa 190
Məndə ixtiyar olsa..
Mən istəyirəm: buludlar ağlasın, uşaqlar ağlamasın, analı ya anasız. Mən istəyirəm: güllər açılsın, güllələr açılmasın, amanlı ya amansız.
Sayfa 138
Zaman alıb aparır insanları bu günəcən heç kəsin qayıtmadığı uzaqlara Vaxt var ikən dünyaya bax!.. Vaxt var ikən elə yaşa, elə çalış bir gün sən olmayanda hər kəsə aydın görünsün yerində qalan boşluq...
Sayfa 134
Ümid..
Sığınmışıq qəlbimə: Ümid, Şübhə, Kədər və mən. Xeyli keçib gecədən. Yağış yağır. Külək əsir,
Sayfa 132
Reklam
Qaranlıqdır otağım. Sevirəm hərdən Qaranlıq otaqda tənha qalıb düşünməyi...
Sayfa 26
29 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.