Çarli!
Böyük ürəkli balaca adam.
Sənsiz kor qızların taleyi necə olacaq.
Yenə də dünyada qızıl qızdırması var axı
daha qaynar, daha amansız.
Sən mübarizə meydanında
gülüşünü döyüşə hazır qoydun
ən qorxulu silah kimi.
Özün necə vaxtsız getdin,
necə zamansız.
“Kor qızlar” Çaplinin “Böyük şəhərin işıqları” filmində kor qıza, “qızıl qızdırması” Çaplinin eyni adlı filminə işarədir.Kitabı okudu
Dedin: – Neyləyək, vaxtı öldürək?
Gün uzun, gecə uzundur!
Düşünmədin,
boş keçən anlar da
möhnəti bilinməyən
ömür yolumuzundur.
Yol qurtarar,
bircə an dayansa ürək.
Nə rəvadır, vaxt bizi yaşadırkən,
biz vaxtı öldürək?!
Kimi
mən itirdim?
Kim itirdi məni?
Tapmıram soruşam,
Tapmıram səni.
Gecələrin birindəsən;
Qupquru gözlərinlə,
Yaşarmış sözlərinlə
Gecələrin birində yox oldun.
Var idin ki, yox oldun.
Yox yox olarmı?
Üç gecədir
Axtarıram yuxularımı.
Ümidimi itirməmişəm,
Axtaracağam səni
Nə qədər ki, sağam
Səninçin ölməyəcəyəm, yox.
Ölməmiş, səni tapacağam..