Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əclafın Ölümü

İntiqam Əli
Hüquq müdafiəçisi, keçmiş siyasi məhbus İntiqam Əliyevin daha bir romanı (ilkin variant) oxucuların ixtiyarına verilib. “Əclafın ölümü” əsəri avtoritar idarəçilik şəraitində cəmiyyətdə baş verən deqradasiya, ikiləşmə prosesləri barədədir. Opponentlərini sıradan çıxarmaq üçün ixtiyar sahiblərinin hər vasitəni məqbul saydığı ölkədə sistem daim əclaf istehsalı ilə məşğuldur; bu dəyirmana hər kəs düşə və oradan salamat çıxmaya bilər. Hər şeyin alınıb-satıldığı, dəyərlərin baş-ayaq olduğu, birtərəfli yazılmış sərt oyun qaydalarının olduğu mühitdə hər kəs potensial qurbandır. Təsadüfi deyil ki, kitabın əsas sloqanı kimi onun “əclaflar barədə deyil, onları yetirən sistem barədə olduğu” vurğulanır. Əsə­rin əsas qəh­rə­ma­nı hakimiyyətin basqılarına məruz qalan medianın, jurnalistlərin, ictimai-siyasi fəalların işlərini çıxan az sayda mübariz vəkillərdən biridir. Ölkəni idarə edənlərin ünvanına tez-tez sərt tənqidlər səsləndirir. Çoxsaylı xəbərdarlıq, real təhdidlər və məruz qaldığı sui-qəsd də onu yolundan döndərə bilmir. İdarəçilər üçün ciddi başağrısına çevrilən vəkilin həbsi məsələsi ən yüksək səviyyədə gündəmə gətirilir və o, saxta ittihamlarla zindana atılır. Təkcə öz ölkəsində deyil, kənarda da müdafiəsi üçün kampaniyalar təşkil olunur, adı dünyada tanınmış dustaqlarla yanaşı çəkilir, ən nüfuzlu ödüllərə layiq görülür, öz ölkəsindən çox-çox uzaqlarda da mübarizə simvollarından birinə çevrilir. Beş illik həbs həyatından sonra, nəhayət, azadlığa buraxılır və daha böyük enerji ilə mübarizəyə atılır. Bu dəfə tam fərqli cəbhədə - vaxtilə çiyin-çiyinə dayandığı, onun müdafiəsinə qalxan, çətin anlarında yanında olan kəsimə, keçmiş əqidə yoldaşlarına qarşı... Əsər tanınmış vəkil, 2015-ci ildə ağır xəstəlikdən vaxtsız dünyasını dəyişmiş Elton Quliyevin xatirəsinə ithaf olunub. Müəllifin “Meydan” adlı ilk romanı 2018-ci ildə nəşr edilib. Kitabın elektron variantını bu linkdən əldə etmək olar
Yazar:
İntiqam Əli
İntiqam Əli
Basım Tarihi: 2019
Ülke: TürkiyeDil: AzericeFormat: E-kitap

Yorumlar ve İncelemeler

Tümünü Gör
250 syf.
8/10 puan verdi
·
Beğendi
—Sən elə bilirsən,mən həmişə belə olmuşam?!Yoox,səhv edirsən,axmaq quş vaxt var idi,məndə sənin kimi qürurlu birisi idim....Sonra şərləyib həbs etdilər.Etmədiyim cinayəti boynuma qoydular 5 il həbsdə yatdım.Çox çalışdılar ki,məni sındırsınlar,o oyun qalmadı ki başıma açmasınlar...günlərlə karsa atdılar,kamerama narkoman vərəm xəstəsi saldılar,dustaqları üstümə qalxızdılar,məni ölümlə təhdid etdilər,dilə tutdular...Amma sındırdılar məni!Ona görə qürurlu kimi görürəmsə,gözümün düşmənidir!Bilirsən niyə?Çünkü beləsini görəndə sınmış,əzilmiş,alçaldılmış qürurum oyanır,ruhumu tərbədir,içimi didir,mənə əzab verir...!
Əclafın Ölümü
Əclafın Ölümüİntiqam Əli · 201922 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.